Icma.az
close
up
RU
Bu, bizim səlahiyyətimizdə olmayan məsələdir PFL dən Karvan Yevlax la bağlı açıqlama

Bu, bizim səlahiyyətimizdə olmayan məsələdir PFL dən Karvan Yevlax la bağlı açıqlama

Icma.az, Mia.az saytına istinadən bildirir.

""Karvan-Yevlax" klubunun adı və Premyer Liqada çıxış etməsi üçün lazım olan bütün sənədlər qaydasındadır, loqo məsələsi isə klubun şəxsi işidir".

Mia.az xəbər verir ki, bu barədə Report-a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

O, "Karvan"ın davamçısı olmayan "Karvan-Yevlax"ın hələ də köhnə loqodan istifadə etməsinin səbəbini belə izah edib: "Bu, bizim səlahiyyətimizdə olmayan məsələdir. Əslində doğrudur, loqoları köhnədir və üzərində 2004-cü il qeyd olunub. Lakin biz onlara "niyə köhnə komandanın emblemindən istifadə edirsiniz" sualını verə bilmərik. Çünki onların Premyer Liqada iştirak etmələri üçün lazım olan bütün sənədlər qaydasındadır. Loqo məsələsi isə şəxsi işləridir. İstəsələr, loqolarına şir və ya pələng təsviri də yerləşdirə bilərlər. Bu, onların öz istəklərinə uyğundur".

"Karvan-Yevlax" kollektivinin mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev isə mövcud durumla bağlı bunları söyləyib: "Sözün düzü, klub olaraq bizə bu sualı çox verirlər. Lakin təəssüf ki, məsələ ilə bağlı dolğun cavab verə bilməyəcəm. Yaxın müddət ərzində loqo məsələsinin təfərrüatlarını açıqlaya bilərik".

Qeyd edək ki, "Karvan-Yevlax" ötən mövsüm Azərbaycan I Liqasını 47 xalla üçüncü sırada bitirərək Premyer Liqada iştirak etmək hüququ qazanıb. Komandanın 2004-cü ildə Yevlaxda yaranan və Azərbaycan futbolu tarixində UEFA Kubokunda mərhələ adlayan (2006/2007) ilk klub olan "Karvan"la əlaqəsi yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri