Icma.az
close
up
RU
İşdə fürsət, karyerada yüksəliş.... Bürcləri nələr gözləyir?

İşdə fürsət, karyerada yüksəliş.... Bürcləri nələr gözləyir?

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşdə fürsət, karyerada yüksəliş.... - Bürcləri nələr gözləyir?

Sentyabr ayı ilə bərabər yayla vidalaşır, sonbahara qucaq açırıq. Bəs bu ay bürcləri nələr gözləyir?

OLAY sentyabr üçün bürc proqnozlarını təqdim edir:

Qoç – 1 sentyabrda Saturnun Balıqlar bürcünə keçməsi bu həftə sizdə diqqət yayınması, yuxusuzluq və ya gündəlik işlərinizi pozan kiçik sağlamlıq problemləri olaraq təsirini göstərə bilər. Yarımçıq qalan vəzifələr, münasibətlərdəki boşluqlar, xüsusən iş və şəxsi həyatda təxirə salınmış mövzular gündəmə gələ bilər. İşinizi dəyişə və ya yeni işə başlaya bilərsiniz.

Buğa – Merkurinin Qız bürcünə keçməsi sizə zövqlərinizə daha şüurlu baxmaq üçün vaxt gətirəcək. Sizə zövq verəcək məşğuliyyətlər, öz hobbiləriniz və ya öz sevdiklərinizlə daha çox vaxt keçirə bilərsiniz. Laqeyd qoyduğunuz əlaqələr və ya layihələr son altı ayda əldə etdiyiniz təcrübələrlə birlikdə yenidən gündəmə gələ bilər. Münasibətinizi bitirmək və ya yeni münasibətə başlamaq barədə düşüncələr olacaq.

Əkizlər – 1 sentyabrda Saturnun Balıqlar bürcünə keçməsi iş həyatınızda yenidən planlaşdırmalı olduğunuz sahələri sizə xatırladacaq. 21 sentyabrdakı Günəş tutulmasından sonra ailə ilə münasibətlər, yaşadığınız yer və ya uzun müddətdir həll olunmağını gözləyən məsələlər gündəmə gələcək. Evinizdə kiçik dəyişikliklər ola bilər. İş həyatınızda sonlanmalar və ya dəyişikliklər ola bilər.

Xərçəng – bu həftə yaxınlarınızla əlaqələrdə daha diqqətli olmalısınız. Səhv seçilmiş kiçik bir söz, tələsərək verilmiş qərar sizə problem olaraq geri dönə bilər. Ona görə sözlərinizi seçərək danışmağa diqqət göstərin. Yaxın günlərdə bir yaxınınızla aranızda olan inciklik gündəmə gələ bilər. Səyahətə çıxa bilərsiniz. Ev, əmlak məsələlərinə qarşı diqqətli olun. Ay sonunda sevgi həyatınız canlanacaq.

Şir – bu ay diqqətinizi maliyyə məsələlərinə və gəlirinizə yönəldəcəksiniz. Sentyabrın 4-dən dekabrın sonuna qədər sağlamlığınıza diqqət yetirməlisiniz. Sentyabrın 18-də olacaq Ay tutulmasından sonra ödənişlər, vergilər, kreditlər, borclar, alimentlər və miras kimi vacib məsələlər gündəmə gələ bilər. Səyahətlər, yeni ünsiyyətlər gündəmdə ola bilər.

Qız – bu ay sizin üçün olduqca əhəmiyyətlidir. Sentyabrın 3-dən etibarən bədəniniz, sağlamlığınız, şəxsi və iş həyatınızla bağlı mühüm qərarlar verə bilərsiniz. Ancaq şəxsi həyatınızda və münasibətlərinizdə, müqavilə və tərəfdaşlıqlarda bəzi problemlər yarana bilər. İctimai və sosial həyatınızda kifayət qədər aktiv olacaqsınız. Sentyabrın 18-dən sonra yeni bir eşqə başlaya və ya mövcud olan münasibətinizi sonlandıra bilərsiniz.

Tərəzi – sentyabrın ilk həftəsi istirahət və tək vaxt keçirmək üçün sərfəli olacaq. Ruhani məsələlərə girə və özünüzdə bilmədiyiniz cəhətləri kəşf edə bilərsiniz. İmmunitet sisteminizi güclü tutun. Səhhətlə bağlı kiçik problemlər yarana bilər. İş və təhsil mövzularında dəyişiklik ola bilər.

Əqrəb – sentyabrda kifayət qədər sosial olacaqsınız. Özünüzü işdə daha yaxşı ifadə edə, maaşınızı artıra, tədbirlərdə və təşkilatlarda iştirak edə bilərsiniz. Beynəlxalq məsələlər, səyahət, təhsil, ticarət, media ilə bağlı problemlər gündəmə gələ bilər. Münasibətlərdə şansınız artır. Şəxsi qayğıya və alış-verişə üstünlük verə bilərsiniz.

Oxatan – bu ay işiniz və karyeranız ön plandadır. Vacib görüşləriniz olacaq, yüksəliş əldə edə bilərsiniz. Sentyabrın 3-dən Yeni Ayla birlikdə yeni layihəyə başlaya, kariyeranızı yüksəldə bilərsiniz. Bəzi Oxatanlar əməliyyat oluna bilər. Sentyabrın 18-dən sonra evi və ya ölkəni tərk edə, evdən köçərək evinizi sata və ya icarəyə verə bilərsiniz. Ayın sonlarına doğru ictimai həyatınız canlanacaq, gələcək planlarınızı sürətləndirə bilərsiniz.

Oğlaq – sentyabrda ünsiyyət, media, səyahət, ticarət və təhsillə bağlı mövzular gündəm olacaq. Yaxın ətrafınızda olan insanlarla problemlərinizi həll edəcəksiniz. Partnyorunuzla aranızda fikir ayrılıqları ola bilər. Sentyabrın 26-dan sonra karyera və statusunuzla bağlı mühüm qərar verə bilərsiniz. İşinizdə və karyeranızda yeni dövr başlayacaq.

Dolça – sentyabr ayında maliyyə məsələləri, kreditlər, borclar, alimentlər və miras məsələləriniz gündəmdə olacaq. İşdə kifayət qədər aktiv olacaqsınız. Mədə və dəri xəstəlikləri ilə üzləşə bilərsiniz. Ayın sonuna doğru diqqətinizi sizə sevinc gətirən şeylərə yönəldəcəksiniz. Səyahət edə və ya uzaqda yaşayan tanışlarınızdan xəbər ala bilərsiniz.

Balıqlar – bu ay əlaqələr önəmlidir. Sentyabrın 3-də Yeni Aydan sonra nişan, evliliklə bağlı qərar verə və ya yeni münasibətə başlaya bilərsiniz. Eşq həyatınızda sürətli inkişaflar baş verəcək. Enerjinizi yaradıcı axtarışlara yönəldəcəksiniz. Sağlamlığınıza diqqət edin, pis vərdişlərdən və asılılıqlardan qurtulmağın tam zamanıdır. Sentyabrın 23-dən sonra səyahətə çıxa bilərsiniz.

Fəridə Bəşir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://olay.az
archiveBu xəbər 01 Sentyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri