Icma.az
close
up
RU
Bu, bütün münaqişəli regionlar üçün aktual mesajdır Deputat

Bu, bütün münaqişəli regionlar üçün aktual mesajdır Deputat

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Müasir dövrdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan dərin təlatümlər və qeyri-müəyyənliklər fonunda dövlət liderlərinin mövqeləri və yanaşmaları xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə bu baxımdan regional və qlobal proseslərə dair mühüm fikirlər və strateji istiqamətlər ehtiva edir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Deputatın sözlərinə görə, bu müsahibə həm regional sabitliyin təminatında yeni konseptual yanaşmaların vacibliyini, həm də beynəlxalq müstəvidə formalaşan yeni güc balanslarının düzgün dəyərləndirilməsini ön plana çıxarır.

"XII Qlobal Bakı Forumu ideyaların mübadiləsi, perspektivlərin formalaşdırılması və qlobal çağırışlara cavab yollarının axtarış platforması kimi diqqət çəkir. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçılarının Bakı Forumunda iştirakı müzakirələrin daha dərin və məzmunlu şəkildə aparılmasına imkan yaradır.  

Cənab İlham Əliyevin müsahibəsində əsas məqamlardan biri ondan ibarətdir ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir, bildiyimiz dünya nizamı artıq mövcud deyil. Qlobal nizama dair ortaq təsəvvürlər parçalanmaqdadır. Hazırda yeni qaydaların formalaşma mərhələsidir, lakin bu qaydaların konturları hələ də qeyri-müəyyəndir. Müsahibədə Cənubi Qafqazla bağlı toxunulan məsələlər geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub, hazırda nisbətən sakit dövrdəyik və diqqətimizi buna yönəltməliyik: “Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. 

Ermənistanla hələ də sülh sazişinin imzalanmaması regionda davamlı sabitliyin təmin olunmasına maneə yaradır. Bu, təkcə Cənubi Qafqaz üçün deyil, bütün münaqişəli regionlar üçün aktual mesajdır. Yalnız siyasi sənədlə təsbit olunan sülh daimi sabitliyi təmin edə bilər.

Cənab İlham Əliyev, həmçinin müsahibəsində bildirib ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, həm daxili strateji uğur, həm də beynəlxalq səviyyədə model kimi təqdim edilə biləcək bir nəticədir. Tarixi zəfərlər yalnız hərbi deyil, həm də siyasi və hüquqi baxımdan bütövlükdə həyata keçirilmiş bir milli strategiyanın nəticəsidir". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Mart 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri