“Bu, Cənubi Qafqazın hər üç ölkəsində ildə 100 milyon itki deməkdir”
Icma.az, Manset portalına istinadən məlumat yayır.
“Su ehtiyatlarının qıtlığı, temperaturun artması kimi məsələlər Cənubi Qafqazın hər üç ölkəsində ildə 100 milyondan çox itkiyə səbəb olur”.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays “Cənubi Qafqaz və Mərkəzi Asiyada iqlim maliyyəsinin mənzərəsi” mövzusunda tədbirdə çıxış edərkən deyib.
R.Prays bunun çox böyük itki olduğunu vurğulayıb. O bildirib ki, kiçik ərazilərdə maliyyə resursu tapmaqla bağlı çətinliklər mövcuddur: “Bununla yanaşı, ərazilərdə mütəxəssislər lazımdır, eləcə də kadr azlığı faktı qeyd edilməlidir. Biz adaptasiya tədbirləri və dözümlülüyün artırılmasına öz dəstəyimizi göstəririk, fəlakət və risklərin azaldılması istiqamətində də tədbirlər görürük”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 14 Noyabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















