Icma.az
close
up
RU
Bu, Çin və Mərkəzi Asiya ölkələrinin münasibətləri tarixində yeni mərhələ oldu XİN

Bu, Çin və Mərkəzi Asiya ölkələrinin münasibətləri tarixində yeni mərhələ oldu XİN

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İkinci Çin-Mərkəzi Asiya sammiti zamanı imzalanmış “Əbədi qonşuluq, dostluq və əməkdaşlıq haqqında” saziş Çin ilə beş Mərkəzi Asiya dövləti arasında münasibətlər tarixində yeni mərhələ olmaqla yanaşı, Pekinin qonşu ölkələrlə diplomatiyasında öncül təşəbbüsdür.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Jiakun bildirib.

Çinin Sədri Si Cinpin Qazaxıstanın paytaxtı Astanada keçirilən 2-ci Çin-Mərkəzi Asiya sammitində iştirak edib və proqram xarakterli nitq söyləyib. O, çıxışında Çin və Mərkəzi Asiya arasında səmərəli əməkdaşlığı hərtərəfli ümumiləşdirərək “Çin-Mərkəzi Asiya ruhu” konsepsiyasını irəli sürüb.

“Cənab Si Cinpin bildirib ki, tərəflər qarşılıqlı etimad və dəstəyə əsaslanan birlik arzusunu qətiyyətlə dəstəkləməli, praqmatik, yüksək effektiv və dərin inteqrasiya olunmuş əməkdaşlıq çərçivəsini optimallaşdırmalı, sülh, əmin-amanlıq və ümumi maraqlara əsaslanan təhlükəsizlik arxitekturasını formalaşdırmalıdır. Onun sözlərinə görə, ümumi düşüncə və əxlaqi prinsiplərə, xalqlar arasında qarşılıqlı anlaşmaya və yaxınlığa əsaslanan mədəni əlaqələri gücləndirmək, ədalətli, bərabər və nizamlı beynəlxalq düzəni qorumaq vacibdir", - XİN rəsmisi bildirib.

Əlavə edib ki, altı ölkə - Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan qarşılıqlı hörmət, qarşılıqlı etimad, qarşılıqlı fayda və yardım prinsiplərinə əsaslanan "Çin-Mərkəzi Asiya ruhunu" tam şəkildə inkişaf etdirmək barədə razılığa gəliblər ki, bu da sammitin mühüm məqamına çevrilib.

Qo Jiakunun sözlərinə görə, sammit iştirakçıları gələcək əməkdaşlıq üçün prioritetləri müəyyən edib və üç əməkdaşlıq mərkəzinin - yoxsulluğun aradan qaldırılması, təhsil mübadiləsi, səhralaşmanın qarşısının alınması və nəzarət, habelə ticarətin asanlaşdırılması üzrə əməkdaşlıq platformasının yaradılması barədə qərar qəbul ediblər.

O bildirib ki, Çin və Mərkəzi Asiya yüksək keyfiyyətli regional inkişafı təşviq edəcək və modernləşməni birgə irəli aparacaq: “Pekin ortaq gələcəyi olan Çin-Mərkəzi Asiya icması qurmaqla Mərkəzi Asiya ölkələri ilə birlikdə nümunə göstərməyə hazırdır".

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyun 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri