Icma.az
close
up
RU
Bu çox ciddi bir cinayətdir, terrordur Sərdar Cəlaloğludan AÇIQLAMA

Bu çox ciddi bir cinayətdir, terrordur Sərdar Cəlaloğludan AÇIQLAMA

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yekaterinburqda  azərbaycanlılara qarşı Rusiya hüquq-mühafizə orqanları tərəfindən törədilən vəhşilik, iki nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən zorakılıq hərəkətləri Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı etirazlara səbəb olub. Eyni zamanda Azərbaycan hakimiyyəti də məsələ ilə bağlı sərt yanaşma ortaya qoyaraq hadisənin günahkarlarının cəzalandırılmasını tələb edib, diplomatik münasibətlərdə soyuqluq yaranıb. 

Ortaya çıxan mühüm suallardan biri də budur ki, belə bir həssas məqamda Rusiya tərəfindən azərbaycanlı miqrantlara qarşı münasibətin sərtləşdirilməsinin və belə bir hadisənin törədilməsinin məqsədi nədir? 

Mövzu ilə bağlı Sitat.info-ya danışan ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bu ciddi bir terror və cinayətdir: "Əslində bu hadisə gözlənilən idi. Məsələnin həm hüquqi, həm də  siyasi tərəfi var. Hüquqi tərəfi ondan ibarətdir ki, Yekaterinburqda həbs edilən, öldürülən adamlar hətta  günahkar olsa belə, polisin, məhkəmənin hökmü olmadan onları öz bildiyi kimi cəzalandırmaq ixtiyarı yoxdur. Bu çox ciddi bir terrordur, cinayətdir. Həm Rusiyanın öz qanunlarının, həm də beynəlxalq hüquq normalarının pozulmasıdır. Siyasi tərəf ondan ibarətdir ki, son vaxtlar Azərbaycanla Rusiya arasında Kremlin imperial iddialarına görə vəziyyət ağırlaşıb".

S.Cəlaloğlu onu da vurğulayıb ki, Rusiya ardıcıl olaraq Ermənistandakı radikal qüvvələri Azərbaycana qarşı yönəldir: "Qarabağ məsələsini aktuallaşdırmağa cəhd edir.  Bunun da bir çox səbəbləri var. Azərbaycanın müstəqil siyasət yürütməsi, Pakistan və Türkiyə ilə münasibətlərini yeni bir müstəviyə qaldırması, Ukraynanı dəstəkləməsi - bütün bunlar hamısı təbii ki, Rusiya tərəfindən göz ardı edə bilməzdi. Rusiya da bu məsələni normal siyasi bir yolla həll etmək əvəzinə özünəməxsus üsul və vəsitələrlə həll edir.  Bizim təyyərəmiz də ruslar tərəfindən buna görə vurulub. Azərbaycanlıların öldürülməsi, açıq-aşkar ağır cinayət törədilməsi də ı Azərbaycan iqtidarına bir mesajdır. İqtidarın suverenlik və müstəqillik istiqamətində apardığı siyasətə Rusiyanın dözümsüzlüyünün bir əlamətidir".

Partiya sədri qeyd edib ki, Azərbaycan hökuməti bu cinayətin mütləq günahkarların cəzalandırılması ilə bağlı lazım olan addımları atmalıdır: "Hətta lazım gələrsə  beynəlxalq məhkəməyə belə müraciət etmək lazımdır. Mənə elə gəlir ki, Rusiya təyyarə məsələsində olduğu kimi, bu məsələdə də ciddi bir addım atmayacaq.  Zaxarovanın da bəyənatından göründü, çox laqeydcəsinə  bir mövqe nümayiş etdirdi. Guya heç bir şey olmayıb, guya bu hansısa bir istintaq hərəkətidir. Amma biz açıq şəkildə görürük ki, bu bir cinayətdir. Təbii ki, bundan sonra bu cür addımlar Rusiya-Azərbaycan münasibətlərini nəinki strateji müttəfiqlik, hətta dostluq səviyyəsindən belə aşağıya salacaq. Rusiyanın Azərbaycanı sıxışdırmaq üçün bu cür cığal yanaşmalardan istifadə etməsi, demək olar ki, onun yeganə seçiminə çevrilib. Azərbaycan ictimaiyyətinin  bu ölkənin müstəqilliyindən, suverenliyindən  bir addım da olsun geri çəkilmək fikri yoxdur. Hakimiyyət də  eynilə bu istiqamətdə addım atır". 

S. Cəlaloğlunun fikrincə, hazırda ən real təhlükələrdən biri daxilimizdə olan ruspərəst qüvvələrdir: "Əsas məsələ onların neytrallaşmasıdır, çünki Azərbaycan daxilində müəyyən təxribatlar törədə bilərlər: "Adicə İrandakı hadisələr göstərdi ki, orada nə qədər insan İsraillə əməkdaşlıq edib. Ona görə də, aşkar şəkildə hamının tanıdığı ruspərəst qüvvələr ən azı vəzifələrdən uzaqlaşdırılmalıdır. Cəmiyyətdə isə hakimiyyətin apardığı müstəqillik və suverenlik siyasəti doğru-düzgün təbliğ edilməlidir".

Əlisahib İbrahimli 

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sitat.info
archiveBu xəbər 30 İyun 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri