Icma.az
close
up
RU
“Bu cür yanlışa yol verən mollaların İranda vəzifə tutması yaxşı hal deyil” Millət vəkili

“Bu cür yanlışa yol verən mollaların İranda vəzifə tutması yaxşı hal deyil” Millət vəkili

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

İranda əyalət mollasının Azərbaycan və Türkiyə liderlərinə  qarşı nifrət münasibətini ötən dəfə müzakirə olunub. Prezident İlham Əliyev də dünən jurnalistlərə verdiyi müsahibədə bildirib ki, bu, birinci dəfə deyil.
“Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir”.
İranın öz  dövlətində belə “məmurlar” yetişdirməsindəki əsas məqsəd nədir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib ki, təəssüflər olsun ki, hələ də İranda bəzi dairələr Azərbaycanın gücünü və region üçün oynadığı əhəmiyyəti dərk etmirlər:
“Hələ də köhnəlmiş ideologiyadan çıxış edərək insanları çaşdırırlar. Xüsusilə də azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilərdə Azərbaycan və Türkiyə əleyhinə çıxışlar edərək bir növ yerli əhalini manqurtlaşdırmaq və yerli əhalidə Azərbaycana qarşı mövqe formalaşdırmaq istəyirlər.  Amma bu cəhdlər həmişə uğursuz olubdur. 40 milyon İranda Azərbaycan türkü yaşayır. Onlar Azərbaycan Prezidentini və eyni zamanda Türkiyəni, Türkiyə Prezidentini sevirlər”. 
Millət vəkili onu da qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərində də nə zaman xoş notlar sezilirsə, bu qüvvələr hərəkətə gəlirlər:
“Başlarından böyük fikirlər səsləndirirlər. Çox təəssüflər olsun ki, İranın bəzi hakimiyyət dairələri də bu cür şəxsləri cəzalandırmaqdan yan keçirlər və görməzdən gəlirlər. Azərbaycan-İran münasibətlərinin kövrək iplərdən asılı olduğunu bəzən undurlar. Bəzən də,bu cür çıxışların sifarişçilik qismində də iştirak edirlər. Mən düşünürəm ki, bu cür yanlışa yol verən mollaların İranda vəzifə tutması yaxşı hal deyil. Çünki mollanın vəzifəsi dinlə məşğul olmaqdır, siyasətlə yox.
Ancaq bu cür qeyri-peşəkar və təhqirlərdən ibarət yanlışlardan ibarət çıxışlar edən bir din xadiminin bu vəzifədə qalması düzgün deyil və İran rəsimləri də mütləq ciddi tədbir görməlidir. Ən azı, bu cür şəxslər vəzifələrindən kənardaşdırılmalıdır və obyektiv, öz vəzifəsini layiqincə yerinə yetirən İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət edəcək şəxslər bu cür mühüm postlara gətirilməlidir. İnanıram ki, gec-tez bu reallıqları İran tərəfi də dərk edəcəklər”.
N.Həmzəyev onu da vurğulayıb ki, Azərbaycan həmişə İran-Azərbaycan dostluğuna hörmətlə yanaşıb:
“Azərbaycan həmişə İranın ərazi bütövlüyünə , İran süverenliyinə hörmətlə yanaşıb. Kənar qüvvələrin Azərbaycandan istifadə edərək İrana qarşı hansısa təzyiqlər və təsirlər etməsinə imkan verməyib. İranın ən çətin dövrlərində, İrana sanksiyaların tətbiq edildiyi bir dönəmdə belə Azərbaycan öz hava məkanının İrana qarşı istifadə edilməsi üçün icazə verməyib. Ancaq İran daxilində bəzi qüvvələr var ki, onlar Azərbaycanı sevmirlər, daha çox Ermənistana dəstək olurlar, Ermənistanın çiçəklənməsinə xidmət edirlər. Ancaq İran tərəfi dərk etməlidir və anlamalıdır ki, regionun aparıcı dövləti  Azərbaycandır. Azərbaycanla mütləq xoş münasibətlər qurulmalıdır. Azərbaycanla münasibətləri yaxşı mənada inkişaf etdirmək lazımdır. Mən inanıram ki, İranın yeni rəhbərliyi bu yanlışları düzəldəcək.Bu yanlışlar düzələcəyi təqdirdə də münasibətlərimiz daha da yaxşıya doğru inkişaf edəcək. Biz regionumuzda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasında çox mühüm adımlar atmış olacağıq”.
Leyla
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Yanvar 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri