Icma.az
close
up
RU
​“Rusiyadakı hadisə miqrantlara qarşı ilk belə hal deyil” Millət vəkili

​“Rusiyadakı hadisə miqrantlara qarşı ilk belə hal deyil” Millət vəkili

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiyada baş vermiş hadisə, həm Azərbaycan vətəndaşlarına, həm də ümumilikdə miqrantlara qarşı baş vermiş ən ciddi olaylardan biridir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri Arzu Nağıyev deyib. Millət vəkili hesab edir ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat və axtarış tədbirləri, eləcə də İstintaq Komitəsinin apardığı proseslər, ehtimal ki, onların səlahiyyətlərini aşan hərəkətlərlə müşayiət olunub:

“Bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Əgər doğrudan da cinayət işi qaldırılıbsa, orada konkret problemlər yaranıbsa və ölüm hadisəsi baş veribsə, hüquq-mühafizə orqanları obyektiv araşdırma aparmalıdır. Bu hadisəyə hüquqi qiymət verilməlidir. Son dövrlər Rusiyada miqrantlarla bağlı qəbul edilən qərarlar da miqrasiya siyasətinə münasibətdə fərqli və sərt yanaşmaların təzahürüdür. Bu, təəssüf ki, ilk belə hal deyil”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi bəyanatın məsələni ən yüksək səviyyədə Rusiya tərəfinə çatdırdığını vurğulayan Arzu Nağıyev onu da qeyd edib ki, bu cür hadisələr miqrasiya siyasətində və iki ölkə münasibətlərində çox ciddi fəsadlara gətirib çıxara bilər:

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bununla bağlı açıqlaması olsa da, Rusiya tərəfi Azərbaycanın verdiyi rəsmi bəyanata öz münasibətini də ən yüksək səviyyədə bildirməlidir.

Azərbaycan xalqı hər zaman mehriban qonşuluq prinsiplərinə sadiq olub və Azərbaycanda yaşayan rus icmasına hər zaman yüksək münasibət göstərib. Qarşı tərəf də bunu nəzərə almalıdır. Hesab edirəm, bu məsələyə Rusiya Xarici İşlər Nazirliyi və İstintaq Komitəsi səviyyəsində ciddi yanaşılmalı, ətraflı araşdırma aparılmalı və Azərbaycan tərəfinə dəqiq cavab təqdim edilməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 İyun 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri