Icma.az
close
up
RU
“Bu dərmanlar depresiyaya qarşı olmasına baxmayaraq intihara gətirib çıxara bilər” Professor 40 yaşdan sonra yaranacaq təhlükəni açıqladı

“Bu dərmanlar depresiyaya qarşı olmasına baxmayaraq intihara gətirib çıxara bilər” Professor 40 yaşdan sonra yaranacaq təhlükəni açıqladı

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sağlamlıq barədə söz açanda ilk növbədə insan bədəninin müxtəlif nahiyyələrindəki fiziki ağrılar yada düşür. Bədənin hansısa nahiyyəsinin fiziki ağrısını hiss eləyən şəxslər xəstələndikləri qənaətinə gəlirlər. Amma sağlamlıq təkcə bədənin fiziki ağrısı hadisəsi deyil,  həm də zehnin, düşüncənin ağrımasıdır. Düşüncə ağrılarımızın ən yaxşı həkimi isə psixiatrlardı. Günümüzün ən ağrılı mövzusu olan antidepresantlar, yaddaş zəifliyi və qulağımızda müxtəlif səslərin eşidilməsi mövzusunda suallarımızı “Baku City Hospital”ın psixiatrı, professor Zəfər Əliyevə ünvanladıq.

Sağlamolun.az həmin müsahibəni təqdim edir:

- Antidepresantlar nədir və nə zaman istifadə olunur?

- Antidepresantlar psixatrop dərmanı sayılır. Amma “psixatrop dərman” ifadəsi insanları qorxutmamalıdır. Sadəcə olaraq depresiyaya qarşı istifadə olunan, psixikaya təsir edən dərman qrupudur. Antidepresant müasir klinik protokollarda depresiyadan başqa, müxtəlif başqa pozuntularda istifadə olunur. Məsələn, panik ataklarda, generizə olunmuş təşviq pozuntularında istifadə edilir. Yəni müxtəlif müalicə üsullarında itifadə olan dərmanlardır. Çox təəssüf ki, indiki zamanda insanlar antidepresantlardan geniş istifadə edir. Bu terapiya deyil, birbaşa psixikaya aid olan bir sahədir. Hər hansı bir dərman təyinatında buna çox ciddi yanaşmaq lazımdır. Antidepresantlar da bu dərmanlara aiddir. Onu təyin etməkdə çox böyük nüanslar var. Bu dərmanlar, yəni, antidepresantlar depresiyaya qarşı olmasına baxmayaraq intihara gətirib çıxara bilər. Elə antidepresantlar var ki, stimullaşdırıcı effektə malik olduğuna görə, insan intiharın bir addımlığında olur. O, sonuncu nöqtəni qoyub, bu addımı ata bilər. Ona görə də terapevtə yox, endokrinoloqa yox, sırf psixiatra getmək lazımdır. Antidepresantların qəbulu, təşviş, panika, şizofreniya və başqa hər hansı bir psixi pozuntu ilə məşğul olan təkcə bizim sahəmizdir. Yəni onlara müalicəni həkim psixiatr təyin etməlidir. Yeganə istisna hal odur ki, ilkin mərhələdə, psixiatra gəlib çıxana qədər, hər hansı bir ixtisaslı həkim antidepresantı təyin edə bilər ki, dərhal pasiyentə yardım göstərsin. O yardım rezident formalı, reforent yəni müalicəyə çətin tabe olan depresiyaya gətirib çıxarmamalıdır. Belə vəziyyət baş verəndə pasiyentləri vəziyyətdən çıxarmağın faizi azalır, müalicənin vaxtı artır və bəzən depresiya xroniki hal alır.

- Yaddaş pozuntusu nədir?

- Bir çox psixi pozuntular müşahidə olunur, gənc insanlarda yaranan yaddaş pozuntusu, xüsusən, onların həyat tərzindən, rejmindən daha çox aslıdır. Amma yaddaş pozuntusu 40 yaşdan sonra müşahidə olunursa, bu artıq müəyyən bir siqnaldır. Mən məsləhət görərdim ki, 40 yaşdan sonra heç olmasa ildə bir dəfə chek-up etdirsinlər - o chek-upa da daxil etsinlər maqnit rezonans tomoqrafiya. Çünki 40 yaşdan sonra yaddaş pozuntusu pasiyentdə yarananda atrafik xəstəliklər, azheimer, damar mənşəli ağıl zəifliyi inkişaf etmiş bir mərhələyə gəlib çıxır. Amma ilkin mərhələdə bu xəstəlik aşkar olunarsa, həm xəstə özü rahat olur, həm də onun yaxınları. Yəni pasiyentdə sayıqlamalar, aqresiv hərəkətlər olmur. Azheimer xəstəliyi 8 dəfə qadınlarda daha çox müşahidə olunur. Ona görə də vaxtında müayinədən keçməyi məsləhət görürəm. Dərmanlar çoxdur, amma mənə inanın ki, dərmansız da mümkündür. Kifayət qədər yuxu, zərərli vərdişlərdən uzaq olmaq və fiziki aktivlik. Bunlara əməl etsəniz, təxminən 1-2 ay sonra yaddaş öz yerini tutacaq.

- Qulaqda olan səslər nədir?

- Siz dediyiniz eşitmə hallüsinasiyasıdır. Bəzən elə olur insan özü də dərk edə bilmir ki,  bu səslər real səslərdi ya hallüsinasiya. O səslər xəstəyə o qədər real gəlir ki, o səslərin təsiri ilə müxtəlif, eyni zamanda təhlükəli hərəkətlər edə bilir. Bu səslər xəstəni o qədər incidir ki, artıq o məcburən bu səslərə tabe olur. Bu səsləri müalicə etməsək, prosses daha da inkişaf edər və vəziyyətdən çıxarmaq daha çətin olur. Təbii ki, səsləri müalicə etmək olur. Sadəcə olaraq belə bir vəziyyətdə maksimal dərəcədə tez bir zamanda həkimə müraciət etmək lazımdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri