Bu dildə danışan bir nəsil yaranıb, onların nə keçmişi, nə yaddaşı olacaq
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Fikir vermisinizsə, kitab oxumağımız o tərəfə dursun, ildən-ilə, aydan-aya baxa bildiyimiz videolar da qısalır. Əvvəl 1 saatlıq videoya baxırdıqsa, sonra 5-10 dəqiqəlik videolara baxırdıqsa, indi ona da səbrimiz çatmır, artıq bir dəqiqəlik, yarım dəqiqəlik videolar istəyirik. Artıq danışmağa, cümləni, sözü axıra kimi deməyə də hövsələmiz çatmır".
Ölkə.Az xəbər verir ki, bu sözləri yazıçı Kəramət Böyükçöl bildirib.
"Təşəkkür edirəm" sözlərini bütöv deyə bilməyənləri misal çəkən yazar bu hala tənqidi yanaşıb. "Tşk" yazırlar. Slm, ncsn, cnm... Bu dildə danışan bir nəsil yaranıb. Belə insanın nə keçmişi olacaq, nə yaddaşı olacaq, nə xatirəsi olacaq, tamamilə manqurtlaşdırılmış bir insan nəslidir... Dil təfəkkür hadisəsidir. Məsələn, sevgiliniz sizə sms yazarkən orfoqrafik qaydalara əməl edirsə, demək, sevir. Yoxsa "slm cnm, ncsn, tşk" yazırsa, boş söhbətdir. Çünki "ncsn, tşk, slm" dilinin həm də təfəkkürü, düşüncəsi yaranır. Etibarsız bir təfəkkür, etibarsız bir düşüncə...", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 Yanvar 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















