Bu diş pastalarında zəhərli maddə aşkarlandı Azərbaycanda da satılır
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Yeni laboratoriya araşdırması məşhur diş pastalarında ağır metalların olduğunu üzə çıxarıb.
Ölkə.Az xəbər verir ki, ABŞ-nin “Lead Safe Mama” təşkilatı tərəfindən test edilən 51 məhsulun 90%-də qurğuşun, 65%-də arsen, 47%-də civə, 35%-də isə kadmium tapılıb.
Araşdırmaya “Crest”, “Colgate”, “Sensodyne”, “Orajel”, “Burt’s Bees”, “Tom’s of Maine” və “Salam” kimi tanınmış markalar da daxildir.
Qeyd edək ki, bu markalardan bəziləri Azərbaycanda, demək olar ki, bütün marketlərdə satışdadır.
Mütəxəssislərin sözlərinə görə, bu maddələr öyrənmə pozğunluğu, autizmə bənzər simptomlar və ürək-damar xəstəlikləri ilə əlaqələndirilə bilər.
Xüsusilə uşaqlar üçün nəzərdə tutulan məhsulların belə təhlükəli maddələr içerməsi narahatlıq doğurur.//Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 May 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















