Icma.az
close
up
RU
Qonşu ölkədə zəhərli süd qalmaqalı: Azərbaycanda da satılır

Qonşu ölkədə zəhərli süd qalmaqalı: Azərbaycanda da satılır

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanda süd məhsullarının keyfiyyəti ilə bağlı yaranmış qalmaqal gündəmi zəbt edib.

Turkustan.az FED.az-a istinadən xəbər verir ki, ölkənin ən məşhur süd brendlərindən biri olan “Soplis Nobati” (Wimm-Bill-Dann Georgia) məhsullarında təhlükəli toksin – aflatoksin M1 aşkarlandıqdan sonra vəziyyət daha da gərginləşib. Bu, Gürcüstanın ən böyük süd tədarükçüsü olan “Kvareli Baga” fermasının inəkləri toyuq peyini ilə bəslədiyinə dair ittihamlardan bir neçə gün sonraya təsadüf edib. Bütün bu hadisələr, ölkədə qurumların məsiliyyətsizliyi və müstəqil məhkəmələrin olmaması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Süd qalmaqalının detalları:

Gürcüstanın Milli Qida Agentliyi aprelin 1-də “Soplis Nobati” şirkətinin Tbilisidə yerləşən süd istehsalı müəssisəsini yoxladığını açıqladı. Rəsmi məlumata görə, müəssisədə ciddi pozuntu aşkar olunmasa da, etiketləmə qaydalarının pozulmasına görə şirkət cərimələnib və bazardan həmin partiyanın geri çağırılması tapşırılıb. Bundan əlavə, şirkətin istəyi ilə, Azərbaycanda fəaliyyət göstərən “MILLA DAIRY LTD” şirkətinin istehsal etdiyi süd məhsullarından 5 təsadüfi nümunə götürülərək laboratoriya analizlərinə göndərilib.

Nəticələr narahatedici olub: bütün nümunələrdə, o cümlədən uşaqlar üçün nəzərdə tutulmuş süddə aflatoksin M1 normadan artıq miqdarda tapılıb. Agentliyin açıqlamasına görə, bu toksin kif göbələkləri tərəfindən yaranır və heyvanlar bu toksinlə çirklənmiş yemlə qidalandıqda, aflatoksin B1 onların orqanizminə daxil olaraq süd vasitəsilə M1 formasında insan orqanizminə keçə bilər. Bu da sağlamlığa ciddi təhlükə yaradır.

Agentlik dərhal həmin partiyanın satışdan çıxarılmasını əmr edib və əhaliyə həmin süddən istifadə etməməyi tövsiyə edib.

Şirkətin cavabı və narahatlıq doğuran açıqlamalar:

“Soplis Nobati” şirkəti həmin məhsulun yalnız kiçik bir partiya olduğunu və istehlakçılar üçün təhlükə yaratmadığını iddia edib. Lakin şirkət təhlükəsizlik baxımından məhsulun geri çağırılacağını və Azərbaycan tərəfdaşı ilə əməkdaşlığın müvəqqəti dayandırıldığını bildirib. Şirkət bu açıqlamanı sosial şəbəkədə yayımlayıb, lakin şərhləri bağlayıb. Post bir çox neqativ reaksiya ilə qarşılanıb.

Gürcüstan Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Paata İmnadze isə bildirib ki, aşkar olunan toksin miqdarı kəskin zəhərlənmə yaratmasa da, uzun müddətli və yüksək dozalı istehlak sağlamlığa zərər vura bilər. Mütəxəssis əlavə edib ki, bu səviyyə bir çox inkişaf etmiş ölkələrdə qəbul olunan normadan aşağıdır.

Tanınmış onkoloq və genetik Aleksandre Tavartkiladze isə aflatoksinlərin orqanizmdə yığıldığını və xüsusilə uşaqlar üçün təhlükəli olduğunu qeyd edib. Onun sözlərinə görə, aflatoksin B1 qaraciyər xərçəngi kimi ciddi xəstəliklərə səbəb ola bilər. Aflatoksin M1 isə daha az kanserogen olsa da, uzunmüddətli təsiri nəticəsində sağlamlıq üçün risk daşıyır.

Milli Qida Agentliyinin araşdırması zamanı məlum olub ki, ölkənin ən böyük süd ferması “Kvareli Baga” inəkləri toyuq peyini ilə qidalandırıb. Bu fermanın “Soplis Nobati”, “Sante” və “Agrohub” kimi tanınmış brendlərə illərdir süd tədarük etdiyi qeyd olunur.

Məlumata görə, 2018-ci ildə “Kvareli Baga” toyuq ətinin əsas istehsalçısı “Chirina” ilə müqavilə bağlayaraq, 2700 ton toyuq peyini alıb və inəklərin yeminə qatıb. İddialara görə, bu peyində antibiotik maddəsi – tetrasilin olub və nəticədə bir çox inək ölüb, süd isə ziyan olub. Gündəlik olaraq, hər inəyə 6–7 kq toyuq peyini verildiyi bildirilir.

Ferma bu iddiaları qəbul etsə də, bu praktikanın 2019-cu ildən sonra dayandırıldığını bildirib. Südün isə istehsalata verilməyib, məhv edildiyi iddia olunur. Məhkəmə çəkişməsi 2024-cü ildə başa çatıb və Tbilisi Şəhər Məhkəməsi “Kvareli Baga”nın xeyrinə qərar çıxararaq “Chirina”dan təxminən 5 milyon lari (1.8 milyon dollar) təzminat tələb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri