Icma.az
close
up
RU
“Bu durum mənə bir qədər sıxıntı yaradırdı”

“Bu durum mənə bir qədər sıxıntı yaradırdı”

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Karyerasını Niderlandda davam etdirən Ahmetcan Kaplan bu ölkənin mətbuatına maraqlı açıqlamalar verib.

Qeyd edək ki, gənc mərkəz müdafiəçisi “Trabzonspor”un yetirməsidi və ulduzu 2021/22-də məhz bu klubda parlamışdı. 2022-nin yayında o, 10 milyon avro qarşılığında “Ayaks”la beşillik müqavilə imzalasa da, ordakı karyerası istənilən şəkildə irəliləmədi. Kaplan 2022-nin noyabrında dizindən ciddi zədə alaraq təxminən birilliyə sıradan çıxdı. Nəticədə 3 mövsüm ərzində “Ayaks”ın əsas komandasında cəmi 25 rəsmi oyuna çıxan 22 yaşlı futbolçu hazırda icarə əsasında erediviziyanın digər təmsilçisi “Neymegen”də çıxış edir.
"Football-plus.az" xəbər verir ki, Niderlandda bu illər ərzində başına gələnlər haqda danışan Ahmetcan bunları deyib:

“Ayaks” həmişə gənc futbolçulara özünü göstərmək şansı yaradan böyük bir klubdu. Mən də məhz bunu düşünərək bura gəldim. İlk dəfə təyyarədən enib Amsterdama ayaq basanda güclü yağış yağırdı. Həmin vaxt “bəlkə də geri dönməyim daha yaxşı olacaq” deyə düşünmüşdüm. İlk vaxtlar çox həyəcanlıydım. Başqa ölkəyə, başqa mədəniyyətə gəlmişdim. Tez-tez yağış yağırdı və qaranlıq düşən kimi küçədə heç kim olmurdu. Türkiyədə hər herdə həyatın olduğunu görməyə alışan bir insan üçün bu durum bir qədər sıxıntı yaradırdı. Eləcə də dil baxımından problemlər yaşadım. Ağır zədə almaq heç də xoş bir durum deyil. Çünki uzun müddət özünlə başabaş qalırsan. Ən əsası sevimli işini görə, oynaya bilmirsən. “Ayaks”a yeni qatılmışdım və önümdə tam yeni bir dünya açılmışdı. Hər şeyi qaydasına salmağa çalışdığım bir vaxtda uzun müddətə sıradan çıxdım. Ona qədər heç vaxt bu qədər uzun müddət futboldan kənar qalmamışdım. Bu yay “Bazel”dən və “Neymegen”dən təkliflər aldım. Mən əvvəlcədən karyeramı elə burda Niderlandda, amma oynaya biləcəyim bir klubda davam etdirməyi planlaşdırmışdım. Çünki növbəti dəfə yeni ölkəyə uyğunlaşmaq mərhələsindən keçmək istəmirdim. “Neymegen”in baş məşqçisi ilə söhbət edəndən sonra qərarımı qətiləşdirdim. Amsterdama qədər gələrək mənimlə söhbət etdi. Necə futbol oynatmaq istədiyini və mənimlə bağlı planlarını açıqladı. Oyun fəlsəfəsi xoşuma gəldi. Bir-birimizi dərhal anladıq və çox düşünməyimə ehtiyac qalmadı. Məhz məşqçiyə görə “Neymegen”i seçdim. Məşqlər ağır keçir. Çox qaçmaq lazım gəlir. Birinci həftə tamamlanandan sonra qaçmağa halım qalmamışdı. Ağər zədədən sonra baxış tərzim dəyişdi. Artıq uzunmüddətli planlar qurmuram. İndiki anla yaşamağa çalışıram. “Neymegen”də xoşbəxtəm və əlimdən gələni etməyə səy göstərirəm. Gələn il nələr olacağını birlikdə görəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri