Icma.az
close
up
RU
Bu, düşünən bir insan üçün qorxunc rəqəmdir! Azərbaycanda rus dillində yazılan kitablar nə qədər satılır?

Bu, düşünən bir insan üçün qorxunc rəqəmdir! Azərbaycanda rus dillində yazılan kitablar nə qədər satılır?

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan kitab bazarında oxucular rus dilində yazılan kitablara nə qədər maraq göstərir?

Rusdilli auditoriya kitab alışında nə dərəcədə aktiv iştirak edir?

Kulis.az naşirlərin bu suallara cavablarını təqdim edir.

Şahbaz Xuduoğlu: "Türkdilli kitabların da bazarda çəkisi artır".

"Əvvələr daha çox idi rusdilli kitablara tələbat. Elə indi də az deyil. Üstəlik, türkdilli kitabların da bazarda çəkisi artır. Düzdür, Bakıda daha çox rusdilli kitablar satılır, ancaq zamanla say azalır. Regionları da nəzərə alsaq, demək olar, zamanla say daha da azalacaq".

Xan Rəsuloğlu: "İnsanlar elə bilir ki, rus dilində kitablara tələbat daha çoxdur".

"Əlbəttə, Azərbaycan dilində kitablara tələbat daha çoxdur. Düzdü, mənzərə fərqli görünür. İnsanlar elə bilir ki, rus dilində kitablara tələbat daha çoxdur. Ancaq təkcə gənc nəsil yox, orta və yaşlı nəsil də öz dilimizdə olan kitablara üstünlük verir. Əlibala Hacızadənin, Cəmşid Əmirovun və başqalarının kitabları satılır".

Nurman Tariq: "Azərbaycandilli kitabların az satılmasında mağazaların rolu da az deyil".

"Sualı belə də qoya bilərik: ölkəmizdə satılan kitabların neçə faizini Azərbaycan dilindəki kitablar təşkil edir? Gəlin rəqəmlərlə danışaq. Bir şəbəkə kitab mağazasının mənimlə bölüşdüyü illik satış statistikasına görə il ərzində satılan kitabların 40%-i rus dilində, 30%-i Azərbaycan dilində, 20%-i türk dilində, 10%-i isə ingilis dilindədir. Bu statistika, demək olar, reallığı əks etdirir və ümumiləşdirmək mümkündür. Bu da o deməkdir ki, rəsmi dili Azərbaycan dili olan ölkəmizdə satılan kitabların 70%-i digər dillərdədir. Bu, düşünən bir insan üçün qorxunc rəqəmdir. Çünki kitab sənayemiz ─ ideoloji baxımdan heç bir sahə ilə müqayisə edilməməli olan sənaye ─ faktiki olaraq digər dillərin müstəmləkəsi altındadır.

Əlbəttə, azərbaycandilli kitabların az satılmasında mağazaların rolu da az deyil. Digər dillərdəki kitablar iqtisadi əsaslarla daha önə çəkilir, əlçatan edilir... Bu məsələ ayrıca bir məqalənin mövzusudur, bu haqda ətraflı yazmağı düşünürəm".

Sərxan Rüstəmov:

"2024-cü il üzrə Azərbaycan dilində kitablar daha çox satılıb"

İlkin Tomar: "Azərbaycanda pirat kitablarla mübarizə aparacaq heç bir dövlət orqanı yoxdur".

"10-15 il əvvələ nisbətən hazırda Azərbaycan dilində olan kitablar rusca olanlara nisbətən daha çox satılır. Amma əsas təhlükə türkcə olan kitablardır. Həm ölkədəki kitab sənayesinin çökməsi baxımından, həm də Azərbaycan dilinin sıradan çıxası baxımından. Ölkədə kitab bazarının 50%-ni türkcə, 20%-Azərbaycan dilində, qalan 30%-ni isə rus və ingiliscə olan kitablar təşkil edir. Üstəlik, türkcə, rusca və ingiliscə olan kitabların 80%-i pirat kitablardır. Bunun özü də kitab sənayesinə ağır zərbə vurur. Çox təəssüf ki, Azərbaycanda pirat kitablarla mübarizə aparacaq heç bir dövlət orqanı yoxdur, ya da istənilən səviyyədə fəaliyyət göstərmir".

Aygün Əziz: "Təəssüflə qeyd etməliyəm ki, türk dilində olan kitablara maraq artır".

"Bu suala cavab vermək həm çətindir, həm də asan. Bizim “Qanun”un mağazasında çoxluq təşkil edən kitablar dogma dilimizdə olanlardır. Amma satışda rus, türk, ingilis dillərində də kitablar var. Əlbəttə, bizdə daha çox Azərbaycan dilində olan kitablar satılır.

Azərbaycanda rusdilli oxucu kütləsi var. Bunu danmaq olmaz, amma faiz etibarilə elə də çoxluq təşkil etmirlər. Əsasən yaşlı nəslin nümayəndələri bu dili yaxşı bilirlər. Müasir Azərbaycan gəncliyi daha çox dogma dildə, bir də türk dilində oxumağa üstünlük verir. Müşahidələr bunu göstərir. Rusca mütaliə edənlərin arasında Z-nəslin nümayəndələri azlıq təşkil edir. Səbəb də Sovet İttifaqı dağılandan sonra dünyaya gələn nəslin rus dilini pis bilməsi, ya da heç bilməməsidir. Amma ümumi mənzərəyə nəzər salsaq, təəssüflə qeyd etməliyəm ki, türk dilində olan kitablara maraq artır. Əslində, gənclərimizin müxtəlif dilləri öyrənməsinə, həmin dillərdə sərbəst mütaliə etmələrinə sevinmək lazımdır, amma burada bəzi amilləri gözdən qaçırmaq, boş buraxmaq sonradan düzəldilməsi müşkül olan dil problemlərinə yol aça bilər. Necə ki, açıb… Müasir gənclik çox qəribə hibrid dildə danışmağa başlayıb. Söz bazası qondarma ifadələrlə dolub. Ona görə də başqa dillərdə, ələlxüsus da oxşar dillərdə mütaliə edənlər diqqətli olmalı, dilləri bir-birinə qarışdıraraq ana dilini yöndəmsiz hala salmamalıdır.

Tərcümə ədəbiyyatına hər yerdə maraq var. Bizdə də azərbaycanca oxumaq istəyən oxucular kifayət qədərdir. “Qanun” nəşriyyatı tərcümə ədəbiyyatı sahəsində rəqibsiz irəli gedir. Bu sahədə püxtələşmiş tərcüməçilərimiz var. Yaxşı tərcümə olunmuş kitab savadlı oxucunun tələblərini ödədikdə, o, artıq gedib bildiyi başqa dildə və ya orijinalda həmin kitabı axtarmayacaq. “Qanun” olaraq, biz də əlimizdən gələni edirik ki, daha çox oxucu qazanaq".

Günəş çıxsa, yolumu azacam - YENİ İMZA Məşhur serialların çəkilişləri dayandırıldı Erməni komissarın sürgünə göndərdiyi qadın - Hüseyn Cavid niyə hər gün onlara gəlirdi?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Fevral 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri