Icma.az
close
up
RU
Bu əlamətdar günü böyük sevinc və qürur hissi ilə qeyd edirik DEPUTAT DANIŞDI

Bu əlamətdar günü böyük sevinc və qürur hissi ilə qeyd edirik DEPUTAT DANIŞDI

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarşıdan Azərbaycanın 28 May – Müstəqillik Günü gəlir. Bu əlamətdar günü biz, müstəqil və suveren bir Respublika olaraq, böyük sevinc və qürur hissi ilə qeyd edirik. Ulu Öndər Heydər Əliyevin belə bir dəyərli ifadəsi var: "Müstəqilliyi qorumaq, onu əldə etməkdən çətindir". Bu fikrin həqiqiliyini biz xalq olaraq bir əsrdə iki dəfə yaşamışıq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, ötən əsrin əvvəllərində yaradılmış Azərbaycan Demokratik Respublikası cəmi 18 ay yaşaya bildi. Həm daxildən, həm də xaricdən olan təzyiqlər yeni qurulmuş gənc respublikanın mövcudluğuna mane oldu. Qısa müddətdə müstəqil respublika həm rus işğalı, həm də Qərbin məkirli siyasəti ilə üzləşdi və nəticədə süqut etdi. Növbəti 70 il ərzində xalqımız müstəqillik uğrunda mübarizə apardı, bu arzunu heç vaxt itirmədi.

Tarixi məqam yetişəndə, SSRİ-nin süqutu ərəfəsində, bir çox respublikalarda xalq ayağa qalxdı. Azərbaycan xalqı da öz haqlı səsini ucaltdı. Həmin dövrdə torpaqlarımızın ayrılmaz bir hissəsi olan Qarabağ da itirilmişdi. Bu itkilər, ağrılar xalqımızı yenidən müstəqillik uğrunda mübarizəyə səfərbər etdi. Meydanlara çıxan insanlar öz haqlarını tələb etdilər və nəticədə Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdi.

Lakin hər birimiz bilirik ki, bu, çox ağrılı və mürəkkəb bir proses idi. Müstəqilliyin elanından sonrakı 2-3 il ərzində Azərbaycan müharibə, xaos, vətəndaş qarşıdurması və iqtisadi tənəzzüllə üz-üzə qaldı. Ermənistanın işğalçılıq siyasəti və onun havadarlarının Azərbaycanı xəritədən silmək cəhdləri, ölkədə baş verən qarışıqlıq, hakimiyyət uğrunda mübarizə – bütün bunlar gənc dövlətin ayaq üstə durmasına imkan vermirdi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi".

Deputat həmçinin qeyd edib ki, məhz belə bir ağır anda Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyev xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi: "Onun hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin yeni, silinməz bir mərhələsi başlandı. Bu gün biz müstəqillik tariximizin növbəti ildönümü ərəfəsində ilk müstəqil respublikamızı quranları böyük rəhmətlə anırıq. Azərbaycanın bir əsr əvvəl müstəqilliyini elan etməsində və dövlətçiliyimizin təməlini qoymasında onların rolu əvəzsizdir. Onları heç vaxt unutmuruq.

Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə abidə ucaldılıb. Hər il 28 Mayda Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva həmin abidəni ziyarət edir, quruculara dərin ehtiramlarını bildirirlər. Bu münasibətlə, biz də Respublikanın layiqli davamçıları olan xalqımızı səmimi qəlbdən təbrik edirik. Müstəqil Azərbaycanın qurulmasında və qorunmasında müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevə sonsuz minnətdarlığımızı bildiririk"- deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 May 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri