Icma.az
close
up
RU
Bu əməkdaşlıq Azərbaycanın Şərqi Avropa bazarına çıxışını genişləndirə bilər

Bu əməkdaşlıq Azərbaycanın Şərqi Avropa bazarına çıxışını genişləndirə bilər

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan Prezidenti İlham Əliyevin Bratislavaya rəsmi səfəri təkcə ikitərəfli münasibətlər tarixində deyil, həm də Avropa İttifaqının enerji təhlükəsizliyi, Şərq-Qərb nəqliyyat dəhlizləri və Cənubi Qafqazın yeni siyasi arxitekturası kontekstində mühüm strateji addım kimi qiymətləndirilir. Prezident Peter Pelleqrininin bəyanatı da göstərdi ki, Slovakiya bu səfəri tarixi ilk kimi dəyərləndirməklə yanaşı, Azərbaycanla münasibətləri ən yüksək müstəviyə daşımaqda qərarlıdır".

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkilinin sözlərinə görə, bu səfər həm də Avropanın yeni siyasi reallıqlar fonunda Cənubi Qafqaz siyasətində aktiv rol oynamağa çalışan ölkələrdən biri olan Slovakiyanın Azərbaycanla əməkdaşlığını daha sistemli və çoxşaxəli formata keçirmək niyyətini təsdiq edir:

"Danışıqların mahiyyəti göstərdi ki, tərəfləri birləşdirən təkcə iqtisadi maraqlar deyil, həm də suverenlik fəlsəfəsi, müstəqil xarici siyasət xətti və yeni təhlükəsizlik çərçivəsində əməkdaşlıq modelidir.

Prezident Pelleqrininin bəyanatında diqqət çəkən ən mühüm məqamlardan biri İkinci Qarabağ müharibəsindən sonra regional nizamın dəyişməsi ilə bağlı Slovakiyanın rəsmi mövqeyidir. Slovakiya Prezidenti Azərbaycan-Ermənistan sülh müqaviləsinin paraflanmasını alqışlayaraq bu prosesi “uzun illərdən sonra regionun sabitliyinə yol açan addım” kimi qiymətləndirdi, Azərbaycan cəmiyyətinin diqqətinin inkişaf və postmüharibə mərhələsinə yönəldiyini vurğuladı.

Bu, Avropa məkanında Azərbaycanın yaratdığı postmüharibə reallıqlarına münasibətdə artan anlayış və dəstəyin mühüm siyasi indikatorudur.

Slovakiyanın bu açıq və prinsipial mövqeyi həm də onu göstərir ki, Avropanın bəzi dairələrinin “köhnə narrativlər”ə əsaslanan yanaşmalarının əksi olaraq, Cənubi Qafqazdakı yeni geosiyasi reallıq getdikcə daha çox ölkə tərəfindən tanınır və rəsmiləşir.

Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi rəqəmlər və mesajlar Slovakiyanın enerji xəritəsində Azərbaycanın rolunun sürətlə artdığını təsdiqləyir:

Belə ki, Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb, qaz ixracının yarısı Avropaya yönəlir, Slovakiya ilk dəfə keçən il Azərbaycan qazını idxal edib, və Azərbaycanın enerji və tranzit potensialı bu ölkənin ehtiyaclarını istənilən həcmdə təmin etməyə imkan verir".

Deputat bildirib ki, bu iki ölkə arasında enerji sahəsində əməkdaşlığın sırf ticarətdən çıxaraq strateji təhlükəsizlik elementinə çevrildiyini göstərir:

"Bu həm də Avropa İttifaqının “REPowerEU” siyasəti çərçivəsində Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi xəttinə tam uyğun gəlir.

Qeyd etmək lazımdır ki, Slovakiya müdafiə sənayesi sahəsində ən qabaqcıl Avropa ölkələrindən biridir. Özüyeriyən artilleriya sistemləri, sursat istehsalı və digər müdafiə texnologiyaları sahəsində təcrübəsi Azərbaycanın maraqları ilə üst-üstə düşür.

Prezident Pelleqrini ilk dəfə açıq şəkildə bəyan etdi ki, tərəflər təkcə silah satışı deyil, birgə istehsal, texnologiya transferi, Azərbaycanın sərmayəsi və Slovakiya texnologiyalarının sinergiyası əsasında yeni hərbi məhsulların üçüncü ölkələrə ixracı imkanlarını müzakirə edirlər.

Bu artıq münasibətlərin yeni mərhələsidir və Azərbaycan müdafiə sənayesinin texnoloji modernləşməsi Avropa modelinə inteqrasiya edilir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu əməkdaşlığın məqsədi müharibə deyil, sənaye və texnoloji potensialın genişləndirilməsidir. Bu vurğu Azərbaycanın postmüharibə dövrünün dinc inkişaf doktrinasına uyğundur.

Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində oynadığı rol Avropa üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sözlərinə görə Orta Dəhlizin ən təhlükəsiz və etibarlı hissəsi Azərbaycan üzərindən keçir, ölkə öz infrastrukturunu genişləndirmək üçün növbəti illərdə milyardlarla sərmayə qoyur, Slovakiya da bu logistika xəttində mühüm tranzit mərkəzlərindən biri ola bilər.

Bu əməkdaşlıq Slovakiyanın Avropa İttifaqı daxilində logistik rolunu gücləndirə, Azərbaycanın isə yük daşımalarında Şərqi Avropa bazarına çıxışını genişləndirə bilər.

Azərbaycanda istifadə olunmayan 2–8 giqavatlıq enerji potensialı rəqəmsal iqtisadiyyat sahəsində böyük imkanlar yaradır.

Slovakiya Prezidentinin və Prezident İlham Əliyevin müzakirələri göstərdi ki, iki ölkə data mərkəzlərinin yaradılması, süni intellekt infrastrukturu, rəqəmsal sənaye sahəsində uzunmüddətli əməkdaşlığa başlayır.

Azərbaycanın soyuq iqlimli bölgələri, ucuz və dayanıqlı enerji resursları onu rəqəmsal infrastruktur üçün ideal məkana çevirir".

Azər Kərimli vurğulayıb ki, bu əməkdaşlıq Avropanın rəqəmsal suverenliyi və enerji səmərəliliyi üçün mühüm strateji xətt hesab olunur:

"Slovakiya şirkətlərinin Qarabağda “ağıllı kənd” layihəsində iştirakı Avropanın regionun yenidən qurulmasına real töhfəsinin yeni nümunəsidir. Prezident Pelleqrini həmçinin bildirdi ki, Slovakiya İxrac-İdxal Bankı Azərbaycan layihələrini maliyyələşdirməyə hazırdır.

Bu göstərir ki, Qarabağın bərpası artıq qlobal iqtisadi layihələr üçün yeni platformaya çevrilir, Avropa şirkətləri regionda böyük həcmdə sərmayə yatırmağa maraqlıdır, Azərbaycan postmüharibə modelini beynəlxalq əməkdaşlıq üçün açıq saxlayır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Zəfər Gününün beşinci ildönümündə Slovakiya Baş nazirinin müavini və müdafiə nazirinin Bakıda iştirakı xüsusi rəmzi məna daşıyır. Bu jest Slovakiyanın Cənubi Qafqazda yeni təhlükəsizlik reallığını tanımasının simvolik nümayişi idi.

Prezident Əliyevin Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etməsi isə ikitərəfli münasibətlərin yüksəldilməsi prosesinin davamlı xarakter daşıdığını göstərir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri