Icma.az
close
up
RU
Bu ərazidə kürd dövlətinin yaradılacağı əhəmiyyətsiz iddiadır Deputat

Bu ərazidə kürd dövlətinin yaradılacağı əhəmiyyətsiz iddiadır Deputat

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

PKK-nın özünü buraxmasından sonra Suriya ərazisində kürd dövləti yaradılacağı ilə bağlı illərdir səsləndirilən fikirlər yenidən aktuallaşıb. 
Bəs bu, nə dərəcədə realdır?
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq, Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Suriya ərazisində kürd dövlətinin yaradılacağı ilə bağlı fikirlər çoxdandır ki, səsləndirilir:
"Bu yeni bir yanaşma deyil, həm də proses təkcə Suriyanı əhatə etmir. Daha öncə paylaşılan və  konspirasiya nəzəriyyələrinə xidmət edən açıqlamalarda və yaxud da məlumatlarda ən müxtəlif ssenarilər yer alırdı. Amma bu ssenarilərin baş tutması istiqamətində biz hər hansı bir addımların atıldığının şahidi olmadıq.
İndiki şəraitdə Türkiyə daxilində baş verən prosesləri və PKK-nın özünü buraxmasını bu addımın qarşılığında separatçılara hansısa üstünlüklərin tanınması müstəvisində yanaşmaq qənaətimə görə doğru bir yanaşma deyil. Yəni PKK indiki halında elə bir durumda deyil ki, o, konkret hansı şərtlərlə çıxış etsin. Əslində PKK-nın atdığı addım nəticə etibarilə onun reallıqlarla barışmasından irəli gəlir".

Millət vəkili qeyd edib ki, İraqdakı Kürd muxtariyyəti ilə Türkiyənin münasibətlərinin yüksək səviyyədə olduğunu və bu ərazilərdə PKK terrorçularının faktiki olaraq zərərsizləşdirildiyini, həmçinin Suriyadakı PYD kimi PKK-ya bağlı qrupların da artıq siyasi səhnədən, faktiki olaraq, hərbi-siyasi səhnədən getdiyini, Türkiyənin uzun illərdən bəri həyata keçirdiyi antiterror əməliyyatlarının ciddi bir nəticəyə vardığını nəzərə alsaq, PKK-nın hal-hazırda atdığı addımlar sadəcə olaraq terror fəaliyyətinin nəticəsiz qalacağına olan inamdan irəli gələn bir məsələdir:
"PKK başbilənləri çox yaxşı başa düşürlər ki, indiki şəraitdə onların separatçı meyilləri davam etdirmələri, terror aksiyaları həyata keçirmələri nəticə etibarilə heç bir effektiv nəticəyə – onlar üçün üstünlüyə gətirib çıxarmayacaq və bu aspektdən də Türkiyə daxilində demokratik institutların onlara verdiyi imkanlar çərçivəsində öz milli-mədəniyyətlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində yolu seçmək qərarına gəliblər və qənaətimə görə bu, ən doğru yanaşmadır. 
Suriyanın ərazi bütövlüyünün həm Türkiyə üçün, həm də digər beynəlxalq aktorlar üçün vazkeçilməz olduğunu nəzərə alsaq və bununla bağlı da açıq və birmənalı şəkildə mövqe ortaya qoyulduğunu da diqqətdən qaçırmasaq, o zaman bütün bu iddiaların sadəcə əhəmiyyətsiz bir iddia olduğunu müəyyənləşdirə bilərik".
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 May 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri