Icma.az
close
up
RU
Sakinlərin nəzərinə Bu mikrorayon tamamilə sökülür

Sakinlərin nəzərinə Bu mikrorayon tamamilə sökülür

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Bakıda bəzi ərazilərdəki binalar plana düşsə də, sökülməsi istiqamətində iş getmir. Hətta bir sıra vətəndaşlar yaşadıqları yerin plana düşməsini istəyir və gələcəklərini buna uyğunlaşdırırlar.

Proses niyə ləngiyir?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə eskpert Elnur Azadov deyib ki, bu, birbaşa Bakının Baş planı ilə bağlıdır:

"Paytaxtda bəzi yerlər sökülsə də, digərləri ilə bağlı hələ addım atılmayıb. Ümumiyyətlə, 2017-ci ilə kimi proseslər qismən xaotik baş verirdi. Çünki bu sahəyə ciddi nəzarət yox idi. Hansısa şəxs və ya iş adamı bina tikmək fikrində idisə, buna istədiyi kimi yanaşırdı. Lakin 2018-ci ildən etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə səlahiyyət verildi. Onlar bu işə beynəlxalq şirkətləri cəlb etdilər. Alman və fransız şirkətləri tender qalibləri oldular. Artıq Bakının Baş planını hazırlayıb 2023-cü ilin dekabr ayında ictimaiyyətə təqdim etdilər. Söküntü prosesləri isə həmin planda əks olunub. Həmçinin köhnəlmiş yaşayış fondu var və ekspertlərin açıqladığı ilkin rəqəmlərə əsasən, belə binaların sayı 11-12 min idi. Hazırda isə rəqəm 16 minə çatıb. Hələ mən çoxmənzilli binalardan danışıram. "Sovetski", "Kubinka" adlanan ərazilərdə, Yasamalda  özbaşına tikililər olub və ya Sovet hökuməti vaxtında əsasları qoyulub. Onların söküntüsü ayrıca böyük məsələdir".

Ekspert bildirib ki, sökülməsi gözlənilən 3-5 mərtəbəli binaların arasında qəzalı və qismən qəzalı mənzillər də var:

"İstismar müddəti bitmiş və qismən qəzalı binaların sayı mindən çoxdur. Onlardan biri 1-ci mikrorayondur. Bura Nazirlər Kabinetinin 83 saylı qərarı ilə 2017-ci ildən qismən qəzalı hesab olunur. Pilot olaraq həmin mikrorayonun bütöv sökülməsi planda var. Lakin dövlətin resursları buna çatmır və hamısını icra edə bilməz. Tikinti şirkətlərinin isə Sovet hökuməti dövründə 50-70 il ərzində ərsəyə gəlmiş əmlakları qısa zaman ərzində yeniləməsinə gücü çatmaz".
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Mart 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri