Bu ərzağı istifadə edənlər diqqətli olsun
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yumurtanı axar suyun altında yumağın bu qoruyucu təbəqəyə zərər verə biləcəyini hesab edirlər. Təbəqə pozulduqda bakteriyaların qabıqdakı məsamələrdən yumurtanın daxilinə keçməsi asanlaşa bilər.
Xüsusilə çatlamış yumurtalarda bu risk daha yüksəkdir.
Bu səbəbdən satın alınan yumurtaları uzun müddət su altında yuyub daha sonra soyuducuda saxlamaq tövsiyə edilmir.
Əsas təhlükə yanlış saxlanma şəraitidir
Yumurta yuyulduqdan sonra qabığında qalan nəmlik mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yarada bilər.
Buna görə mütəxəssislər yumurtaların quru vəziyyətdə saxlanmasını və yalnız istifadə ediləcəyi zaman təmizlənməsini məsləhət görürlər.
Əgər qabıq üzərində gözlə görünən çirk varsa, yumurtanı uzun müddət su altında saxlamaq əvəzinə təmiz və quru kağız dəsmalla ehtiyatla silmək daha təhlükəsiz üsul hesab olunur.
Yumurtadan daha təhlükəsiz istifadə etmək üçün aşağıdakı məqamlara diqqət yetirmək tövsiyə olunur:
• Yumurtaları soyuducuda saxlayın.
• Çatlamış və ya sınmış yumurtaları istifadə etməyin.
• Çiy yumurta ilə təmasdan sonra əllərinizi mütləq yuyun.
• Yumurtanı kifayət qədər bişirdikdən sonra yeyin.
• Yumurtanı yuyub uzun müddət saxlamayın.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Sentyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















