Icma.az
close
up
RU
Ərzağı xaricdən neçəyə alırıq? kiloqramla qiymətlər

Ərzağı xaricdən neçəyə alırıq? kiloqramla qiymətlər

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan 2025-ci ilin yanvar-iyun aylarında yeyinti məhsullarının idxalına 1 milyard 279 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Bu, ölkənin ümumi idxalının 11,1 faizini təşkil edir.

Modern.az xəbər verir ki, Dövlət Gömrük  Komitəsinin açıqladığı göstəricilərə əsasən, 2025-ci ilin ilk altı ayında əsas ərzaq məhsullarının idxal həcmlərində və dəyərlərində maraqlı dinamika müşahidə olunur.

Ət məhsulları və süd məmulatları

Bu dövrdə ölkəyə 22 min 396 ton ət idxal olunub və bunun dəyəri 47 milyon 181 min dollar təşkil edib. Hesablamalara görə, 1 kiloqram ətin idxal qiyməti 2 dollar 11 sent (təxminən 3,58 manat) olub.

Süd və qaymaq məhsulları üzrə idxal 8 min 39 ton təşkil edib və 13 milyon 129 min dollar dəyərində qiymətləndirilib. Beləliklə, 1 kiloqram süd məhsulu təxminən 1 dollar 63 sent (təxminən 2,76 manat) qiymətinə başa gəlib.

Kərə yağı və digər süd yağları

Ən yüksək qiymət göstəricisi kərə yağı və digər süd mənşəli yağlar üzrə qeydə alınıb. Bu kateqoriyadan olan idxal həcmi 13 min 555 ton, dəyəri isə 94 milyon 601 min dollar olub. 1 kiloqram məhsul üçün idxal qiyməti təqribən 7 dollar (təxminən 11,86 manat) təşkil edib.

Meyvə, tərəvəz və çay

Azərbaycan bu müddətdə 239 min 278 ton meyvə və tərəvəz idxal edib. İdxal dəyəri 178 milyon 809 min dollar olub. Bu məhsulların kiloqram qiyməti orta hesabla 75 sent (təxminən 1,27 manat) təşkil edib.

Çay idxalı isə 7 min 51 ton olub, bunun dəyəri isə 42 milyon 851 min dollar təşkil edib. Bu kateqoriyada 1 kiloqram çay təxminən 6 dollar 8 sentə (təxminən 10,34 manat) başa gəlib.

Taxıl və digər əsas ərzaq məhsulları

Ən yüksək həcmdə idxal olunan ərzaq məhsulu buğda olub – 602 min 255 ton. Bu məhsul üçün ödənilən məbləğ 130 milyon 661 min dollar təşkil edib. Beləliklə, 1 kiloqram buğda 22 sent (təxminən 0,37 manat) qiyməti ilə idxal olunub.

Bundan əlavə, qarğıdalı idxalı 36 min 854 ton və 13 milyon 941 min dollar, düyü idxalı isə 30 min 693 ton və 29 milyon 43 min dollar səviyyəsində olub. Bu məhsullar üzrə 1 kiloqramın idxal qiyməti müvafiq olaraq 38 sent (təxminən 0,65 manat) və 95 sent (təxminən 1,61 manat) olub.

Bitki və heyvan mənşəli yağlar

Bitki və heyvan mənşəli piylər və yağların idxal göstəriciləri də diqqət çəkir. Belə ki, 77 min 67 ton həcmində məhsul ölkəyə idxal olunub və bunun üçün 119 milyon 50 min dollar vəsait ödənilib. Bu kateqoriyada 1 kiloqram məhsulun idxal qiyməti təxminən 1 dollar 54 sent (təxminən 2,61 manat) təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyul 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri