Icma.az
close
up
RU
Bu evlərə maraq azaldı Ucuzlaşma olacaq FOTO

Bu evlərə maraq azaldı Ucuzlaşma olacaq FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Son günlər yağıntılı hava şəraiti nəticəsində bəzi ərazilərdə su basmaları kimi hallar müşahidə olunub. Bu vəziyyət həmin ərazilərdə daşınmaz əmlaka olan tələbat və qiymətlərə də təsir göstərə bilər.

Su basmış ərazilərdə daşınmaz əmlakın qiyməti nə qədər dəyişib və bu təsir müvəqqətidir, yoxsa yaya qədər davam edə bilər?

Avtosfer.az xəbər verir ki, əmlak eksperti Anar Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, hər il aprel-may aylarında torpağın və torpaq üzərində tikilmiş fərdi yaşayış evlərinin qiymətləri qalxır:

"Bu da həm tikintilərin başlanması, həm də yay aylarında havaların nisbətən quraq keçməsi ilə əlaqədardır. Bu kateqoriyada torpaq və torpaq üzərində tikilən həyət evlərinin qiymətlərində artım müşahidə olunur. Bu, illərdir belədir, yəni bazarın tendensiyası bu istiqamətdə davam edir. Amma sentyabrın sonu, oktyabr ayından başlayaraq, istər yağışlı olsun, istər olmasın, torpaq və həyət evlərinə tələbat bir qədər azalır. Bu da havaların nisbətən soyuması və yağışların başlaması ilə əlaqədardır. İllərdir bazarın işləmə tendensiyası bu cürdür. Yağışlı havaların həmin ərazilərə təsirinə gəldikdə isə, bildiyiniz kimi, yağışlı havalarda bir çox problemlər ortaya çıxır. Belə ki, qrunt suları nisbətən üzdə olan torpaqların, yəni aşağısında su olan ərazilərin suötürmə qabiliyyəti az olur. Buna görə də bir qədər güclü yağış yağdıqda həmin torpaq suyu özünə çəkə bilmir və nəticədə qrunt suları yuxarı qalxaraq gölməçələr əmələ gətirir. Əgər normadan artıq yağış yağarsa və yaxud güclü leysan olarsa, həmin ərazilər subasmaya məruz qalır. Bunun nəticəsində yerdən tikilmiş, yəni kürsülü olmayan və ya kürsüsü çox aşağı olan evlər su altında qala bilər və vətəndaşlara zərər dəyə bilər. Kürsü, evin yerdən müəyyən qədər hündür olmasıdır. Bəzi evlərdə bu hündürlük 3, 5, 10, 15 daş və daha çox ola bilər. Hansı evlərin kürsüsü azdır və yaxud yerlə eyni səviyyədədirsə, həmin evlər su altında qala bilər".

Ekspert qeyd edib ki, vətəndaşlar çox vaxt ev alarkən və tikdirərkən gələcəkdə bunun sel və subasma risklərini nəzərə almırlar:

"Bəlkə də bunu o qədər də düşünmürlər. Amma əslində fərdi yaşayış evi tikərkən evin ən azı 1 metr yerdən hündür, yəni kürsülü olması məqsədəuyğundur. Bu, həm yağışdan və subasmadan qorunmağa, həm də aşağıda olan nəmişliyin və qrunt sularının yuxarı qalxmasının qarşısını almağa kömək edir. Çox vaxt tikinti aparılan zaman bu məsələlərə diqqət edilmədiyi və düşünülmədiyi üçün yağış yağması nəticəsində problemlər ortaya çıxır və vətəndaşların evlərini su basır. Digər tərəfdən, vətəndaşlar torpaq alarkən və ev tikərkən həmin ərazinin yerləşmə xüsusiyyətlərini, xüsusilə də sel və subasma risklərini dəyərləndirmirlər. Bildiyiniz kimi, su hər zaman aşağı axır. İnsanlar bəzən aşağı ərazilərdə torpaq alır və burada fərdi yaşayış evləri tikirlər. Yağış yağdığı zaman su həmin nisbətən aşağı ərazilərə toplandığı üçün oradakı evləri su basa bilər. Subasmaların digər səbəblərindən biri də həmin ərazilərin subasmaya meyilli olmasıdır. Belə ki, həmin yerlərdə qrunt suları nisbətən yuxarıda olduğuna görə, az miqdarda yağış yağsa belə, torpağın suötürmə qabiliyyəti aşağı olduğundan həmin ərazilərdə subasmalar əmələ gəlir. Bunun digər səbəbi isə həmin yerlərdə normal kanalizasiya xətlərinin olmamasıdır. Bildiyiniz kimi, yollarda və küçələrdə yağış sularının götürülməsi üçün kanalizasiya sistemi və yağış sularını qəbul edən qurğular olmalıdır ki, yağan yağış birbaşa həmin sistem vasitəsilə ərazidən xaric olsun".

Anar Nəsirov əlavə edib ki, bu ərazilərin bir çoxunda kanalizasiya xətləri və yağış sularını qəbul edən qurğular olmadığı üçün yağan yağışın gedəcək yeri olmur:

"Hər tərəf hasarla əhatə olunduğundan su həmin ərazilərdə toplanır və nəticədə vətəndaşların evlərini su basır. Ev tikənlərə bir daha xəbərdarlıq etmək istərdim ki, ev tikərkən xüsusi diqqət edilməli meyarlar var. Bunlardan birincisi odur ki, ev tikiləcək ərazinin və ya ev alarkən həmin ərazinin sel və subasma riskləri dəyərləndirilməlidir. Bu dəyərləndirmə aparıldıqdan sonra həmin ərazidə ev tikmək və ya ev almaq barədə qərar verilməlidir. Çünki çox hallarda bu məsələlər nəzərə alınmadığı üçün həmin əraziləri su basdıqda vətəndaşın evi su altında qalır. Digər tərəfdən, evləri ən azı 1 metr yerdən hündür tikdirmək daha uyğundur. Yəni, kürsü deyilən hissə yerdən ən azı 1 metr hündürlükdə olmalıdır. Həmin kürsünün içərisini də ən azı 80 santimetr doldurmaq lazımdır ki, çöldən gələn yağış suları və qrunt suları evin aşağı hissəsinə dolmasın. Evin içərisinin torpaq hündürlüyü çöldən daha yüksək olduqda, su çöldə qalsa belə, evin içərisinə daxil ola bilməz. Bununla yanaşı, yağan yağışlardan sonra onsuz da həyət evlərinə və torpaq sahələrinə olan müştəri sayı azalır. Çünki bu ərazilərə yağış yağdıqda suyun 3-5 gün, bəzən isə həftələrlə həmin yerlərdən xaric olması mümkün olmur. Ona görə də məhz yağış yağdığı zaman həmin ərazilərdə problemlər daha qabarıq şəkildə ortaya çıxır. Qiymət məsələsinə gəldikdə isə, əvvəlki dövrlərdə normadan artıq yağan yağışlar məhz subasmaya məruz qalan ərazilərdə qiymətlərin aşağı düşməsinə səbəb olmuşdu. Belə yağışların yenidən yağmasından sonra da subasma risklərinin olduğu ərazilərdə və küçələrdə qiymətlərin aşağı enəcəyini düşünürəm. Yəni yağan yağışlar subasma riski olan ərazilərdə əmlakın, torpaq sahələrinin və fərdi yaşayış evlərinin qiymətlərinin nisbətən aşağı düşməsinə səbəb olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Oktyabr 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri