Icma.az
close
up
RU
ƏDV limiti artırılır Ucuzlaşma olacaq?

ƏDV limiti artırılır Ucuzlaşma olacaq?

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limiti POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlar nəzərə alınmaqla iki dəfə artırılaraq 200 min manatdan 400 min manata çatdırılır.

Modern.az-ın məlumatına görə, iqtisadçı Eldəniz Əmirov bildirib ki, sahibkar nağdsız ödənişlərin payını artırmaqla faktiki olaraq əlavə 200 min manatlıq dövriyyəni ƏDV yükündən kənarda saxlaya biləcək.

"Kimsə düşünə bilər ki, bu güzəşt avtomatik olaraq qiymətlərin enməsinə gətirib çıxaracaq. Amma bu belə olmayacaq. Çünki qiyməti formalaşdıran təkcə vergi deyil. Qiymət 4–5 əsas amilin təsiri ilə formalaşır və vergi onların yalnız biridir.

Bəs bu güzəştin faydası varmı? Əlbəttə var.

Bu dəyişiklik birbaşa ucuzlaşma yaratmasa da, qiymətlərin nisbətən sabit saxlanılmasına, qarşıdakı aylarda isə zəruri artım sürətinin azalmasına dəstək ola bilər. Başqa sözlə, bu güzəşt həmin sektorlar üzrə qiymət artımlarının gecikdirilməsi üçün kompensasiya mexanizmi rolunu oynaya bilər.

Eyni zamanda yenilik nağdsız ödənişləri daha da təşviq edəcək, dövriyyələrin şəffaflaşmasına və iqtisadiyyatın “ağardılmasına” xidmət göstərəcək. Ümid edək ki, bununla da nəğdsiz ödəniş etmək istəyən müştəriyə “POS-terminalı təmirə göndərmişik” tipli şablon bəhanə cavablarının sayı azalacaq.

Və ən əsası, uzun illərdir ki, daşlaşmış “200 min manatlıq limit” nəhayət ki, qırıldı. Limitin iki dəfə artırılması 2026-cı ilin yaxşı xəbərləri sırasındadır və bu addım şəffaf və vicdanla işləyən KOB-lar üçün həqiqətən çox önəmlidir"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri