Icma.az
close
up
RU
Bu fənn üzrə ya tədrisin səviyyəsi aşağıdır, ya da imtahan sualları çətindir Təhsil eksperti

Bu fənn üzrə ya tədrisin səviyyəsi aşağıdır, ya da imtahan sualları çətindir Təhsil eksperti

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hər hansı bir fənn üzrə imtahan nəticələrinin aşağı olmasının iki səbəbi ola bilər. Ya ümumilikdə tədrisin səviyyəsi aşağıdır, ya da həmin fənn üzrə imtahan suallarının çətinliyidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadənin "Riyaziyyat fənni üzrə nəticələr aşağıdır" fikrinə münasibət bildirərkən dedi.

"Mən doğrudan da hansı səbəblərdən riyaziyyat fənninin bu iki səbəbdən hansının təsir göstərərək nəticələrin aşağı olduğunu deyə bilmərəm. Yəni, ümumilikdə riyazi biliklər həm də məntiqi düşüncə təfəkkürünün formalaşması deməkdir. O baxımdan mən imtahan verən gənclərimizin riyaziyyat fənnini müəyyən səviyyədə bilməsinin tərəfdarıyam.

Fikirləşirəm ki, insanlarımız nə qədər riyazi biliklərə malik olsalar, bu, onların hansı sahədə çalışmasından asılı olmayaraq onlar üçün faydalıdır. Təsadüfi deyildir ki, həmişə riyaziyyat elmlərin şahı hesab olunub. Yəni, riyaziyyatı bilən adamın məntiqi və analitik təfəkkürü güclüdür. Onun eyni zamanda çevik qərarlar qəbul etmək imkanları kifayət qədər geniş olur", - deyə o əlavə etdi.

Ekspert hesab edir ki, riyaziyyat fənni üzrə tədris gücləndirilməlidir.

"Təbii ki, elə ixtisaslar var ki, onlar birbaşa riyaziyyat fənni ilə bağlı olurlar. O fənn üzrə əsas ixtisas fənni riyaziyyat olan ixtisaslarda oxumaq istəyən tələbələrin xüsusilə daha dərinləşmiş biliklərə malik olmasını faydalı hesab edirəm. Ona qoyulan tələblərin də eyni zamanda sərt olmasını düzgün hesab edirəm.

Fikirləşirəm ki, əsas fənni riyaziyyat olan ixtisaslarda daha dərinləşmiş biliklərə ehtiyac var. Amma digər ixtisaslar üzrə də qeyd etdiyim kimi, dediyim məqamlar nəzərə alınaraq hesab edirəm ki, nə qədər biliyə malik olsalar və nə qədər ətraflı biliklərə sahib olsalar, bu, onların gələcəyi üçün faydalıdır.

Amma imtahan nəticələrində vəziyyət niyə aşağıdır? Yəni qeyd etmək istəyirəm ki, bunun araşdırılmağa ehtiyacı var. O datalar mənim əlimdə olmadığı üçün dəqiq səbəbi izah edə bilmərəm", - deyə İlqar Orucov qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyun 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see231

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see221

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see194

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see170

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see167

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see164

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see143

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see140

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see137

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see129

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri