“Bu, gələcəkdə yenidən kreditlərə müraciət etmək imkanı yaradır” Ekspert
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Kredit tarixçəsinin problemli olması kreditə əlçatanlığı azaldır. Lakin buna baxmayaraq, bəzi hallarda vətəndaşın yenidən kredit əldə etmək imkanı yarana bilər. Bunlardan birincisi, kredit borcu olan bankla əməkdaşlıq çərçivəsində kreditin restrukturizasiyasıdır. Yeni ödəniş qrafiki müəyyən edilir və vətəndaş bu qrafikə uyğun şəkildə kredit öhdəliklərini yerinə yetirir. Bu, son nəticədə kredit tarixçəsinin sağlamlaşmasının əsasını formalaşdırır və gələcəkdə yenidən kreditlərə müraciət etmək imkanı yaradır”.
Bunu iqtisadçı ekspert Rəşad Həsənov 525.az-a deyib.
O bildirib ki, problemli kredit öhdəliyi müəyyən müddətdən sonra tam icra edilmir. Yəni vətəndaşın kredit borcu və problemli kredit tarixçəsi olsa da, həmin borcu sonradan bağlayarsa, müəyyən dövr keçdikdən sonra banklar bu istiqamətdə nisbətən müstəqil qərar qəbul edirlər:
“Bəzi banklarda altı ay, bəzilərində isə bir ildən sonra kredit tarixçəsində mövcud olan məhdudiyyətlər və ya kredit müraciətinə qoyulan daxili məhdudiyyətlər aradan qaldırıla bilər. Nəticədə kredit əldə etmək imkanı yenidən formalaşır”
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 Avqust 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















