Bu gəmilər yalnız əvvəlcədən müəyyənləşdirilən ərazilərdə hərəkət edə biləcəklər
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Avtonom gəmi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ərazidə hərəkət edə biləcək.
“Yeni Sabah” xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Bildirilir ki, fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar. pizza
Həmçinin, layihədə operatorun vəzifələri də müəyyənləşib:
- avtonom gəminin istismarı zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;
- hava şəraiti avtonom gəminin istismarına təhlükə yaratdığı, avtonom gəminin müəyyən edilmiş ərazidən kənara çıxması, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;
- avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların, habelə avtonom gəminin iştirakı ilə qəza baş verdiyi təqdirdə bu barədə məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməsini və gəmi sahibinə verilməsini təmin etmək;
- avtonom gəminin istifadəsi ilə bağlı son altı ayı əhatə edən məlumatların saxlanmasını və mühafizəsini təmin etmək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 04 İyun 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















