“Bu gün artıq Ukrayna müharibəsində dönüş nöqtəsi yaşanır...“ Sibiha
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün biz "müharibədə dönüş nöqtəsi"ni yaşayırıq. Ukrayna sadəcə kömək istəmir; o, təhlükəsizlik töhfəsi verən, donor və təcrübəsini müttəfiqləri ilə bölüşməyə hazır olan tərəfdaşdır.
Moderator.az "Korrespondent" nəşrinə istinadla xəbər verir ki, Ukrayna xarici işlər naziri Andrey Sibiha bunu Helsinqborqda keçirilən Ukrayna-NATO Şurasının qeyri-rəsmi iclasında bildirib və "X" şəbəkəsində müvafiq mesaj dərc edib.
"Ukrayna artıq sadəcə ianə istəmir; biz təhlükəsizlik töhfəsi verən, donor və təcrübəmizi müttəfiqlərimizlə bölüşməyə hazır olan tərəfdaşıq.
Müdafiə xərclərinin artması sülhün qarantıdır və mən hər bir NATO üzvünü Ukraynanın müdafiəsinə töhfə verməyə çağırıram. Bu investisiya həyatımızda ən böyük sülh dividendini verəcək", - deyə Ukrayna rəsmisi vurğulayıb.
Sibiha həmçinin qeyd edib ki, "Moskvaya təzyiq artır" və biz indi "müharibədə dönüş nöqtəsi"ni yaşayırıq.
"Ukrayna öz mövqeyini qoruyub saxlayır və Rusiyanın insan resursları artıq həlledici üstünlük deyil... Sülhə nail olmaq üçün üç əsas elementə diqqət yetirməliyik: diplomatiya, təzyiq və güc. Sülh səylərimizdə yeni bir təkan lazımdır", - deyə xarici işlər naziri qeyd edib.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 22 May 2026 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















