Icma.az
close
up
RU
Bu gün Azərbaycan kinosunun yaranma günüdür

Bu gün Azərbaycan kinosunun yaranma günüdür

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycan kinosunun yaranmasının 128-ci ildönümüdür.

Kult.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.

Azərbaycan kinosunun tarixi XIX əsrin sonlarına gedib çıxır. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi.

Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Sonrakı dövrlərdə - 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı ticarət evləri tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı.

Həmçinin 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin maddi dəstəyi ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olundu.

Bundan bir il sonra Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk kinokomediya çəkildi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici ölkələrlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. Belə ki, 1918-ci ildə Kinematoqrafiya və teatr qulluqçuları şurası yaradıldı.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. 1924-cü ildə AFKİ ikiseriyalı "Qız qalası əfsanəsi" adlı bədii filmi hazırlandı. 1935-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyası, 1960-cı ildən isə Cəfər Cabbarlının adını daşıyan idarə onlarla film istehsal etdi. “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Böyük dayaq”, “Qorxma, mən səninləyəm”, “Sevil” kimi filmlər tamaşaçı sevgisini qazanaraq bu gün də klassika hesab olunur.

1960-80-ci illərdə Rasim Ocaqov, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Eldar Quliyev kimi görkəmli rejissorlar öz bədii üslubları ilə milli kino məktəbinin formalaşmasına töhfə verdilər.

Azərbaycan müstəqillik qazandığı ilk illərdə kino sənayesi bir çox çətinliklərlə üzləşdi. Belə ki, maddi-texniki baza zəiflədi, kinostudiyalar fəaliyyətini məhdudlaşdırdı. Amma bütün çətinliklərə baxmayaraq kinomuz bu sınaqdan çıxmağı bacardı.

1996-cı ildə Hüseyn Mehdiyevin "Özgə vaxt" filmi, I Beynəlxalq Madrid Kinofestivalında "Ən yaxşı rejissor" və "Ən yaxşı gənc aktrisa" nominasiyaların qalibi olub və "Qızıl Sibilla" və "Gümüş Sibilla" mükafatlarına layiq görüldü.

Həmçinin 1998-ci ildə Yavər Rzayevin "Sarı Gəlin" filmi Karlovo Varıda keçirilən Beynəlxalq Kinofestivalda Amerikanın təsis etdiyi "Azadlıq" mükafatını və Rusiyanın "Kinoşok" Festivalında "Ən yaxşı ssenari" nominasiyasının qalibi oldu.

Bu gün kino sahəsində çalışanlara Prezident İlham Əliyev tərəfindən ciddi diqqət ayrılıb.

Dövlət başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Həmçinin Prezidentin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

Xüsusi qeyd olunmalıdır ki, kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.

2 avqust Azərbaycan Kino Günü – ekrana, yaradıcı insanlara, milli dəyərlərimizi dünyaya tanıdan hər bir rejissora, aktyora, operatora, montajçıya, ssenaristə ehtiram günüdür. Kino tarixdir, mədəni yaddaşdır, həm də xalqın özünü dünyaya tanıtma vasitəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Avqust 2026 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri