Icma.az
close
up
RU
Bu gün Azərbaycan müstəqillik yolunda daha əzmlə, daha inamla addımlayır ŞƏRH

Bu gün Azərbaycan müstəqillik yolunda daha əzmlə, daha inamla addımlayır ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 28 may, AZƏRTAC

1918-ci il mayın 28-də xalqımız öz tarixinə, kimliyinə və milli dəyərlərinə əsaslanaraq, dünyanın o dövrdəki mürəkkəb siyasi mənzərəsi fonunda əlamətdar bir hadisəyə imza atdı – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bu, təkcə müstəqil bir dövlətin elan olunması deyildi, həm də azərbaycançılıq ideologiyasının, xalq hakimiyyətinin, hüquqi və demokratik prinsiplərin konkret və real ifadəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrinin, milli oyanış və maarifçilik hərəkatlarının, Avropa və Şərq dəyərlərinin vəhdətində formalaşmış mükəmməl bir siyasi təşəbbüs idi. O dövrdə baş verən geosiyasi dəyişikliklər, çar Rusiyasının süqutu və imperiyaların dağılması fonunda Azərbaycan xalqı öz müqəddəratını təyin etmək üçün əsl iradə və cəsarət nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dərin mənalı, çoxşaxəli islahatlar həyata keçirməklə, qısa zamanda güclü dövlətçilik təməlləri formalaşdırdı: “Hökumətin həyata keçirdiyi əsas addımlar arasında aşağıdakıları xüsusilə vurğulamaq lazımdır:

Azərbaycan dili dövlət dili elan edildi;

Qadınlara seçki hüququ verildi – bu, o dövr üçün təkcə Şərq deyil, Avropa ölkələrinin bir çoxu üçün də nümunəvi bir addım idi;

Təhsil, mətbuat və maarif sahələrində ciddi inkişaf strategiyaları həyata keçirildi;

Milli ordu yaradıldı, təhlükəsizlik və müdafiə sahəsində müstəqil strukturlar formalaşdırıldı;

Etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi tanındı;

Xarici əlaqələrin qurulması istiqamətində ilk diplomatik addımlar atıldı, müstəqillik beynəlxalq ictimaiyyətə bəyan edildi.

Azərbaycan Xalq Cümhuriyyəti Avropa demokratiyasını və Şərq mədəniyyətini özündə birləşdirən bir model kimi formalaşaraq, regionda yeni bir idarəetmə nümunəsi yaratdı”.

Cümhuriyyətin ömrü uzun olmadığını xatırladan deputat bildirib ki, 1920-ci ilin aprelində bolşevik işğalı ilə Azərbaycanın dövlət müstəqilliyi əlindən alındı. Lakin Cümhuriyyət ideyaları xalqın ruhunda yaşayırdı. Sovet dövründə belə, xalq öz milli kimliyini və azadlıq arzusunu qəlbində yaşatdı. Bu ruhun sönməməsində ədəbiyyatın, incəsənətin, elm adamlarının və maarifçilərin rolu danılmazdır. Müstəqillik arzusu nəhayət XX əsrin sonlarında yenidən gerçək oldu. 1991-ci ildə SSRİ-nin süqutu fonunda Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqillik əldə olunanda ölkə çox ağır vəziyyətdə idi – siyasi qeyri-sabitlik, iqtisadi çöküş, Ermənistanın işğalçılıq siyasəti və daxili çəkişmələr müstəqil dövlətin taleyini sual altına qoymuşdu.

Vüqar İskəndərov əlavə edib ki, belə bir kritik məqamda xalqın istəyi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik və inkişaf dövrü başladı. Məhz bu sabitlik nəticəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya və onu inkişaf etdirə bildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tarixində yalnız siyasi lider deyil, həm də dövlət quruculuğunun banisi kimi yer aldı. O, dəfələrlə bəyan edirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ən parlaq səhifələrdən biridir və biz bu irsin davamçıları olaraq ona sahib çıxmalıyıq.

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda daha əzmlə, daha inamla addımlayır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Azərbaycan xalqının, onun liderinin və ordusunun birliyinin, Cümhuriyyətin ideallarına sədaqətin bariz nümunəsi oldu. Qarabağın işğaldan azad olunması ilə Azərbaycan təkcə ərazi bütövlüyünü deyil, həm də tarixi ədaləti bərpa etdi. İşğaldan azad olunmuş torpaqlarda aparılan bərpa-quruculuq işləri dövlətin gücünün və iradəsinin göstəricisidir. Bu gün artıq o bölgələrdə üçrəngli bayrağımız dalğalanır. Bu, Cümhuriyyətin 1918-ci ildə imzaladığı İstiqlal Bəyannaməsinin və onun ideallarının 100 ildən sonra gerçəkləşməsidir”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolu təkcə keçmişə aid deyil, bu, eyni zamanda, gələcəyimizə işıq tutan bir dəyərdir. Bu gün Azərbaycan gəncliyi tarixini, dövlətçiliyini, milli kimliyini daha dərindən öyrənir, Vətənə, bayrağa və dövlətə olan bağlılığını artırır. Vətən müharibəsində canını fəda edən qəhrəmanlarımız bu dəyərlərin daşıyıcısı idilər.

“Biz bu gün daha güclüyük. Müstəqil siyasət yürüdən, qlobal çağırışlara çevik reaksiya verə bilən, iqtisadi və siyasi baxımdan müstəqil bir Azərbaycan var. Bu, həm Cümhuriyyətin ideyalarına, həm də Ümummilli Liderin siyasi xəttinə sadiqliyin nəticəsidir”, - deyən V.İskəndərov fikirlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri