Icma.az
close
up
RU
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Icma.az, Mia.az saytına istinadən bildirir.

Bu gün - sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür.

Bu günün özəlliyinə keçməzdən əvvəl “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarışa diqqət edək.

Prezident İlham Əliyevin Sərəncamında qeyd olunur:

“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

 Azərbaycanın müasir dövləti üçün dövlət suverenliyi xalqın mövcudluğunun və institusional davamlılığının əsasını təşkil edir. Hər bir xalq öz siyasi və mədəni tarixinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək imkanına malik deyil. Azərbaycan xalqı isə əsrlər boyu qarşılaşdığı iqtisadi, siyasi və hərbi çətinliklərə baxmayaraq, müstəqillik və dövlətçilik arzularından dönmədi, milli mübarizəsini qoruyub saxladə. Bu əzmin nəticəsi olaraq Azərbaycan bu gün öz suveren dövlətinə, tam bərpa olunmuş ərazi bütövlüyünə və hər bir sahədə sabitliyə sahibdir.

Suverenlik dövlətin əsas xüsusiyyətidir və dövlətin daxili və xarici siyasətdə tam müstəqil fəaliyyət göstərmək imkanını ifadə edir. Beynəlxalq hüquqa görə suveren dövlət daimi əhali, müəyyən ərazi, ali hakimiyyət və digər dövlətlərlə münasibət qurmaq imkanına malik olmalıdır. Eyni zamanda, suveren dövlət heç bir digər dövlətin təsiri altında olmamalı və onun hüquq və səlahiyyətləri tam təmin olunmalıdır. Azərbaycan da bu prinsiplərə əsaslanaraq müstəqilliyini qoruyub möhkəmləndirib.

Azərbaycan 30 ildən çox müddət ərzində Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Ermənistan BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq, ölkəmizin beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğal etdi, etnik təmizləmə həyata keçirdi, şəhər və kəndləri viran qoydu, tarixi və mədəni irsimizi dağıtdı, Xocalı soyqırımını törətdi. Bütün bu hallara baxmayaraq, işğal altındakı ərazilər Azərbaycan suveren əraziləri olaraq beynəlxalq hüquqda tanınmışdı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə aparılan 30 ilə yaxın danışıqlar isə nəticəsiz qalmışdı.

Azərbaycan bu haqsızlığa cavab olaraq 2020-ci ildə II Qarabağ müharibəsini başlatdı. 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri düşməni darmadağın etdi, işğal altındakı torpaqların böyük hissəsini azad etdi. Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri ilin sonuna qədər ərazidən çıxarıldı. Bununla Azərbaycan BMT qətnamələrini özü yerinə yetirdi və tarixi ədaləti bərpa etdi.

Suverenliyin təmin edilməsində növbəti mühüm addım 2023-cü ilin aprelin 23-də Laçın-Xankəndi yolunda, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addım Azərbaycan dövlətinin hakimiyyətini və nəzarət funksiyasını tam bərpa etməsi, ərazi bütövlüyünü təmin etməsi baxımından tarixi əhəmiyyət daşıyırdı.

2023-cü ilin sentyabrında isə Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması üçün antiterror əməliyyatı keçirildi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qondarma Dağlıq Qarabağ rejimi öz fəaliyyətini dayandırdı və Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bu əməliyyat ölkəmizin dövlət suverenliyinin təşəkkülündə mühüm mərhələ hesab olunur.

Bütün bu hadisələrin nəticəsi olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si “Dövlət Suverenliyi Günü” kimi qeyd olunur. Bu tarixi gün Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasından sonra davam edən mübarizəsinin rəmzi sonunu, ərazi bütövlüyü və suverenliyin təmin olunmasını simvolizə edir.

Eyni zamanda, Prezidentin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar Azərbaycanın hüquqi və siyasi sistemində suverenliyin və konstitusion əsasların daha da möhkəmləndirilməsini hədəfləyir. Suverenlik və konstitusiya anlayışları dövlətin hüquqi və siyasi dayaqlarını, həmçinin milli kimliyini dünyaya açıq şəkildə təqdim edir.

Bu gün Azərbaycan tam suveren dövlət kimi daxili sabitliyi, ərazi bütövlüyü və toxunulmaz sərhədləri ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət suverenliyi xalqımızın ən böyük sərvəti və gələcək nəsillərə miras qoyulacaq tarixi nailiyyətdir.

Dövlət Suverenliyi Günümüz mübarək!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Sentyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri