Bu gün “Bakı Xankəndi” veloyürüşünün ikinci mərhələsi keçiriləcək
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının bu gün ikinci mərhələsi keçiriləcək.
İdman.Biz xəbər verir ki, ikinci etap 193,2 kilometr məsafəni əhatə edəcək.
Velosipedçilər Bakıda start götürərək Şamaxıdan keçəcək və mərhələ İsmayıllıda başa çatacaq.
Qeyd edək ki, yarışın ilk mərhələsində Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko finiş xəttini birinci keçib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.
Qeyd edək ki, yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkənin beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini nümayiş etdirmək, həmçinin işğaldan azad edilmiş ərazilərə diqqəti artırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:221
Bu xəbər 11 May 2026 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















