Icma.az
close
up
RU
“Putin ərazi iddialarından əl çəkməsə, sülh mümkün olmayacaq” Ekspert

“Putin ərazi iddialarından əl çəkməsə, sülh mümkün olmayacaq” Ekspert

Icma.az bildirir, Sherg.az portalına istinadən.

"Rusiyanın ərazi tələbləri təhlükəli presedent yaradır”

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa nümayəndə heyətinin ABŞ-nin vasitəçiliyi ilə keçiriləcək Rusiya-Ukrayna danışıqlarının növbəti raundunda iştirak edəcəyini bildirib.

Fon der Lyayen Avropa nümayəndələrinin danışıqlarda iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyi birbaşa Avropanın təhlükəsizliyi ilə bağlıdır. Avropa Komissiyasının sədri qeyd edib ki, danışıqlarda irəliləyiş Rusiyanın bəyanatları ilə deyil, konkret addımları ilə qiymətləndiriləcək.

O həmçinin Moskvanın danışıqlara ciddi yanaşdığını nümayiş etdirmək üçün bir sıra ilkin şərtləri yerinə yetirməli olduğunu bildirib.

Mövzunu şərh edən Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında Rusiyanın ərazi tələbinin danışıqları çətin vəziyyətə saldığını deyib:

“Danışıqlarda həm Ukraynanın, həm də Rusiyanın təhlükəsizlik təminatları və müharibədən sonrakı münasibətləri müzakirə olunacaq.

Lakin danışıqlar prosesində əsas problem olaraq ərazi məsələsi qalır. Rusiya Donbasın hazırda Ukraynanın nəzarətində olan ərazilərini də tələb edir. Təbii ki, Kiyev bu tələblə razılaşmır və ərazi güzəştlərinə getmək niyyətində olmadığını bildirir. Rusiyanın Ukraynanın nəzarətində olan ərazilərlə bağlı iddialarından geri çəkilməsi danışıqlar prosesində irəliləyişə və atəşkəs razılaşmasına imkan yarada bilər. Moskva danışıqlarda və sülhdə maraqlı olduğunu bəyan etsə də, ərazi tələblərinin davam etməsi prosesin irəliləməsinə mane olur. Eyni zamanda, bu tələblərin qəbul edilməsi gələcəkdə Rusiyanın yeni ərazi iddiaları irəli sürməsi üçün presedent yarada bilər. Bu baxımdan, Ukrayna və Avropa İttifaqının belə güzəştlərə münasibəti danışıqların taleyində mühüm rol oynayacaq.

Digər tərəfdən, ərazilərin referendum yolu ilə Rusiyaya verilməsi və bunun müqabilində Ukraynanın NATO-ya üzvlüyünün gündəmə gətirilməsi variantı da Moskva tərəfindən qəbul edilmir. Ukrayna isə NATO-nun beşinci maddəsinə bənzər, konkret və etibarlı təhlükəsizlik təminatlarının əldə olunmasında maraqlıdır.

Göründüyü kimi, danışıqlar prosesi müəyyən mənada dalandan çıxmaq istiqamətində irəliləsə də, Rusiyanın ərazi tələbləri əsas maneə olaraq qalır. Bu məsələdə ortaq mövqeyin əldə olunması atəşkəs və gələcək sülh razılaşmasının perspektivlərini müəyyən edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri