Icma.az
close
up
RU
Bu gün Dieqo Maradonanın doğum günüdür Əfsanəvi futbolçunun unudulmaz yolu

Bu gün Dieqo Maradonanın doğum günüdür Əfsanəvi futbolçunun unudulmaz yolu

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Bu gün dünya futbolunun əfsanəsi Dieqo Maradonanın doğum günüdür.

İdman.Biz xəbər verir ki, əgər o sağ olsaydı, 65 yaşını qeyd edəcəkdi.

Maradona yalnız Argentina futbolunun deyil, bütün dünya futbolunun simalarından biri olaraq tarixə düşüb.

Futbola gənc yaşlarından başlayan Maradona 10 yaşında Qoyo Karrizo vasitəsilə “Los Kebollitas”ın baş məşqçisi Fransis Korneho ilə tanış olub. Bu, onun möhtəşəm futbol yolunun ilk addımı oldu. “Los Kebollitas” dövründə oynadığı 136 oyunda uduzmayan Maradona 1976-cı ildə “Argentinos Juniors”un heyətində debüt etdi və 1979-cu ildə gənclər arasında dünya çempionatına qatıldı.

1982-ci ildə 12 milyon dollarlıq transferlə İspaniya “Barselona”sına keçən Maradona, iki il sonra İtaliyanın “Napoli” klubuna qoşuldu və Neapolda 1991-ci ilədək çıxış etdi. Argentina millisində 91 oyunda 34 qol vuran Maradona, 1986-cı ildə dünya çempionatında qızıl medal qazanaraq tarixi “Tanrının əli” qolunu vurmuşdu – 1/4 finalda İngiltərəyə qarşı.

Lakin Maradonanın həyatı yalnız uğur və rekordlarla dolu olmayıb. 1991-ci ildə dopinq-testdən keçərkən kokain qəbul etdiyi aşkarlanmış, 1994-cü il dünya çempionatında da qadağan olunmuş dərman səbəbindən 15 aylıq diskvalifikasiya almışdı. Diskvalifikasiya zamanı vətənində baş məşqçilik edən Maradona 1997-ci ildə karyerasını başa vurdu.

Bütün çətinliklərə və qalmaqallara baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən Pele ilə birlikdə XX əsrin ən yaxşı futbolçusu seçildi. Lakin təntənəli mərasimi tərk edərək yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirdi.

Maradona Argentina millisinin heyətində 1986-cı ildə dünya çempionatının qızıl, 1990-cı ildə isə gümüş medallarını qazanıb. Onun həyatı və futbol irsi hələ də milyonlarla azarkeşi ilhamlandırır.

65 yaşında olacağı bu gün Dieqo Maradona həm futbola, həm də azarkeşlərinə əbədi bir xatirə olaraq qalır – əfsanə, çətinliklər və qalmaqallarla zəngin, lakin unudulmaz bir həyat.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Oktyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri