Icma.az
close
up
RU
Bu gün ən çox yayılan ürək damar xəstəlikləridir PROFESSOR

Bu gün ən çox yayılan ürək damar xəstəlikləridir PROFESSOR

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Randevu sistemi düzgün qurulmalıdır ki, xəstələr ədalətli və effektiv şəkildə icbari tibbi sığortadan istifadə edə bilsinlər”

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk rübü (yanvar-mart) ərzində ümumilikdə 5 milyon 753 min 877 müraciət qeydə alınıb. TƏBİB-dən verilən məlumata görə, müraciətlərdən 125 min 461-i stasionar, 5 milyon 628 min 416-sı isə ambulator olub.

Məlumata əsasən, yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub.

Belə ki, sözügedən müddət ərzində 20 milyon 119 min 326 (2 814 424 stasionar, 17 304 902 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə isə 7 faiz artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rüb ərzində 8 milyon 463 min 233 sayda laborator müayinələr aparılıb ki, onların da 1 milyon 347 min 413-u stasionar, 7 milyon 115 min 820-si ambulator olub.

Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9 faiz artım qeydə alınıb.

Yanvar-mart ayları ərzində 83 min 90 cərrahi əməliyyat və prosedur (78 min 281 stasionar, 4 809 ambulator olmaqla) icra olunub.

Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, icbari tibbi sığortanın geniş əhatə edilməsinə baxmayaraq, həm xəstəlik, həm də müəyyən problemlər hələ də qalmaqdadır:


“Əvvəlcədən növbəli sistem düzgün qurulmadığına görə bu problemlər qalır. Digər tərəfdən isə ayrı-ayrı tətbiq olunan sahələr üzrə müəyyən avadanlıqların çatışmaması kimi müəyyən problemlər yaşanır. Bu, ilk təcrübədir və hesab edirəm ki, insanlar da bu işə kömək etməli və sayıq olmalıdırlar. Bəzən təəssüflər olsun ki, xəstələrin etimadından sui istifadə halları baş verir. Bunlara da diqqət etmək lazımdır. Düşünürəm ki, icbari tibbi sığortanın effektiv çalışması üçün aktiv vətəndaş mövqeyi çox önəmli rol oynayır. Bu gün ürək-damar xəstəlikləri dünyanın hər yerində olduğu kimi bizim ölkədə də mövcuddur. Bu cür xəstələrin müraciətləri çoxdur. Ürək-damar əməliyyatları bahalı əməliyyatlardır və geniş şəkildə Azərbaycanda həyata keçirilir. Mürəkkəb əməliyyatların hər biri bu gün pulsuz edilir və bu işlərin effektiv alınması üçün bütün resurslar istər özəl, istərsə də dövlət sektorunda mobilizə olunmalıdır.  Bu baxımdan da randevu sistemi düzgün qurulmalıdır ki, xəstələr ədalətli və effektiv şəkildə icbari tibbi sığortadan istifadə edə bilsinlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri