Icma.az
close
up
RU
Bu gün görkəmli alim, jurnalist və müəllim Şirməmməd Hüseynovun doğum günüdür AZƏRTAC

Bu gün görkəmli alim, jurnalist və müəllim Şirməmməd Hüseynovun doğum günüdür AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-si görkəmli alim, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 100 ili tamam olur. Elmi fəaliyyətini əsasən Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr etmiş Şirməmməd Hüseynov 30-dan çox kitab və monoqrafiya, 800-dən artıq elmi və elmi-publisistik məqalə yazıb. Yüzlərlə jurnalist kadrların yetişməsində böyük əmək sərf etmiş Şirməmməd müəllim auditoriyalarda hər zaman yenilikçi ruhu ilə seçilirdi. Onun mühazirələri, söhbətləri tələblərində dərin təsir oyadırdı.

AZƏRTAC görkəmli alim, jurnalist və müəllim Şirməmməd Hüseynovun doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Şirməmməd Ağaməmməd oğlu Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub. 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundzadə adına 2 nömrəli orta məktəbi bitirib, 1940-1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində oxuyub. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə başa vurduqdan sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspiranturasına qəbul olub, 1954-cü ildə təhsilini tamamlayıb və dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. Həmin ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb və ömrünün sonunadək orada baş müəllim, dosent, 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976-1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olub, 1988-ci ildən isə həmin kafedranın professoru vəzifəsində çalışıb.

Alim və pedaqoq kimi Şirməmməd Hüseynov Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdırıb. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmaları həm də tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.

O, Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni səviyyəyə yüksəldib. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanıb. Tələbələri onun müəllim kimi əməyini minnətdarlıq hissi ilə xatırlayırlar.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Mirzəyevin fikrincə, həqiqi müəllim o şəxsdir ki, onun öyrətdikləri öyrənənlər üçün həyat kredosuna çevrilə bilir: “Şirməmməd Hüseynov, bu mənada, həqiqi öyrədən, həqiqi müəllimdir. Dərs deyib-deməməyindən asılı olmayaraq, çoxlarının ona “Müəllim” kimi xitab etməsi bunun bariz nümunəsi idi. Şirməmməd müəllim dövrün tələbləri və yeni çağırışları ilə ayaqlaşmağı bacarırdı. Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə auditoriyanı maraqlandırmaq, onda elmə, biliyə, jurnalist peşəsinə həvəs oyatmaq elə də asan məsələ deyil. Bunun üçün yeniliklərə açıq olmaq, öyrənməkdən çəkinməmək, həm də ixtisasla bağlı dərin biliyə malik olmaq lazım gəlir. Sadalanan xüsusiyyətlərin hamısı Şirməmməd müəllimdə var idi”.

Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

Xalqı və vətəni üçün misilsiz işlər görmüş Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də Bakıda dünyasını dəyişib. İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Bu gün onun tələbələri Bakı Dövlət Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində, mediada öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.

Xatırladaq ki, 2019-cu ildə Parlament Jurnalistlər Birliyi “Şirməmməd Hüseynov” media mükafatı təsis edib. Bu mükafat fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafına töhfə vermiş, bu sahədə yüksək xidmətlər göstərmiş, jurnalistikanın tədrisi sahəsində qazandıqları mühüm nailiyyətlərə görə fərqlənən şəxslərə verilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri