Icma.az
close
up
RU
Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb

Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müstəqilliyimizin ilk illərindən Azərbaycan, təəssüf ki, həmişə sistematik şəkildə dezinformasiya, psixoloji müharibə həddinə çata biləcək hücumlara məruz qalıb. Dünən Prezident İlham Əliyev də Azərbaycan media mənsubları və beynəlxalq ictimaiyyətin suallarına cavab verərkən bu məsələ barəsində ətraflı danışdı. Biz burada bir neçə kateqoriyada və təsnifatda ölkəmizə qarşı hücumları fərqləndirməliyik.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Qərb media dairələrindən ölkəmizə qarşı hücumlar olduğunu diqqətə çatdıran H.Hacıyev bu günlərdə dezinformativ məsələlərin müzakirə edildiyi zaman sosial media və süni internet platformalarının ön sırada olduğunu bildirib. “Lakin biz Azərbaycanın təcrübəsində baxa bilərik ki, kifayət qədər nüfuzlu media resursları ölkəmizə qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasında ön sıralardadır. Burada “Le Figaro”, “Le Monde”dən başlamış digər “fake news” mediaları da qeyd edə bilərik. Media platformalarında süni intellektin tətbiq olunması ilə Azərbaycanın rəsmi şəxslərinin səslərini belə təhrif edəcək bir formada “deep fake” texnologiyası əsasında geniş dezinformasiyalar aparılır. Həmçinin erməni diaspor dairələrinin ölkəmizə qarşı müxtəlif narrativlərdən istifadə edərək, Qarabağın yenə də tarixini təhrif edərək, müxtəlif dini mövzuları gündəmə gətirərək ölkəmizə qarşı kampaniyalar aparıldı”, - deyə o, əlavə edib.
Prezident İlham Əliyevin beynəlxalq media ilə görüşünü qeyd edən Prezidentin köməkçisi istər Vətən müharibəsində olan təcrübə, istərsə də Şuşa media platformasında həmişə dövlətimizin başçısının beynəlxalq media nümayəndələri ilə açıq, səmimi və geniş spektrli bir müzakirə ilə görüşə başladığını qeyd edib: “Dünən özünüz də şahidi oldunuz ki, iki saat yarımdan artıq dünyanın 50-dən artıq ölkəsindən təmsil olunan jurnalistlərin suallarını Prezident açıq, aydın cavablandırdı. Bu isə ölkəmizə qarşı aparılan informasiya cəbhəsinin yarılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib komponentlərindən biridir. Eyni zamanda, Azərbaycan mediasının rolunu qeyd etmək istərdim ki, onlar ölkəmizin milli maraqlarından çıxış edərək istər Vətən müharibəsində olduğu kimi, istərsə də indi bu kampaniyaların qarşısında bir sipər rolunu oynayır”.
Onun sözlərinə görə, yerli media nümayəndələri Azərbaycanın obyektiv həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırıb: “Bu gün kontent yaradıcılığı və kontent istehsalı baxımından Azərbaycan mediasının göstəriciləri əsaslı dərəcədə artıb. Bu, təkcə Azərbaycan dilinə yox, həmçinin digər dillərə şamil edilir: rus, ingilis və digər dillər. Təqdim olunan kontentlərin keyfiyyəti də əsaslı dərəcədə artıb. Hesab edirik ki, bunlar ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısının alınmasında vacib alətlərdən biridir. Son dövrlərdə “fact checking” yanaşmaları da mediamızda geniş yayılıb. Həmçinin dövlət orqanlarında dezinformasiya faktlarını müəyyənləşdirərək onları təkzib və ifşa edən yanaşmaları əsaslı dərəcədə artıb”. (AZƏRTAC)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 İyul 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri