Icma.az
close
up
RU
Bu gün Laçın Azərbaycan dövlətçiliyinin əbədi qalasıdır Azər Allahverənov

Bu gün Laçın Azərbaycan dövlətçiliyinin əbədi qalasıdır Azər Allahverənov

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Laçın adı Azərbaycan xalqının qəlbində yalnız bir coğrafi məkan kimi deyil, həm də azadlıq, qürur və vətən sevgisi ilə yoğrulmuş müqəddəs bir rəmz kimi yaşayır. İllərlə düşmən tapdağı altında qalan bu torpaqlar hər bir azərbaycanlının ürəyində nisgil, həsrət və eyni zamanda böyük ümidlərlə anılıb. Laçına qayıdış sadəcə bir şəhərin işğaldan azad olunması deyildi, bu, tarixi ədalətin bərpası, milli kimliyimizin möhkəmlənməsi, xalqımızın birliyi və iradəsinin təntənəsi idi. Qarabağın strateji qapısı olan Laçın, azadlığına qovuşmaqla həm də bütün Azərbaycanın qələbə ruhunu tamamladı, illərin ağrı-acısını sevinclə əvəzlədi. Bu gün Laçın adı təkcə tarix kitablarında deyil, hər birimizin yaddaşında və həyatında işıqlı bir səhifə kimi əbədi qalacaq. O, yalnız bir torpaq parçası deyil, həm də milli ləyaqətin, dözümlülüyün və dövlətçilik əzminin parlaq simvoludur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov 26 avqust – Laçın Şəhəri günündən danışarkən bildirdi.

"Ulu Öndər Heydər Əliyev hələ Sovet dövründən başlayaraq Qarabağ məsələsində prinsipial mövqeyini nümayiş etdirirdi. Onun 1969-cu ildən etibarən başlatdığı dövlətçilik siyasəti milli ruhun dirçəlişində, xalqın azərbaycançılıq ideyası ətrafında birləşməsində mühüm rol oynadı. Ulu öndər dəfələrlə bildirirdi ki, Qarabağ məsələsi yalnız güclü dövlətçilik, möhkəm ordu və siyasi iradə ilə həll oluna bilər.

Bu gün biz həmin uzaqgörən ideyaların reallığa çevrildiyini görürük. Heydər Əliyev irsi üzərində möhkəmlənən dövlətçilik ənənəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçının azadlığına və dirçəlişinə gətirib çıxardı.

1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçın rayonunu işğal etdi. AXC-Müsavat cütlüyünün hakimiyyət uğrunda apardığı və bu niyyətə çatmaq üçün mərkəzi hakimiyyəti zəiflətmək naminə yürütdüyü siyasət nəticəsində baş vermiş bu işğal zamanı əhali etnik təmizləməyə məruz qaldı, yüzlərlə insan həlak oldu və ya itkin düşdü. Onlarla mədəniyyət və təhsil müəssisəsi dağıdıldı, 54 dünya əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Ümumiyyətlə, AXC-Müsavat cütlüyü həmin dövrdə hakimiyyətə can atmaqla, siyasi ambisiyalarını hər şeydən üstün tutaraq xalqın maraqlarını, dövlətin təhlükəsizliyini arxa plana atdı. Onların əsas məqsədi hakimiyyət kreslosuna sahib çıxmaq idi və bu yolda ən çirkin üsullara, milli maraqlara zidd addımlara belə əl atmaqdan çəkinmədilər. Dövlətin idarə olunmasında təcrübəsizlik, məsuliyyətsizlik və avantürist yanaşma nəticəsində Azərbaycanın ərazi bütövlüyü ciddi təhlükə altına düşdü. Bu dövrdə baş verən ən ağır faciələrdən biri Şuşa və Laçının işğalı oldu".

Deputat əlavə etdi ki, tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa və Laçının düşmənə təhvil verilməsi sadəcə bir hərbi məğlubiyyət deyil, həm də siyasi və milli iradənin zəifliyinin göstəricisi idi.

"Şuşa-Qarabağın mədəni paytaxtı, Laçın isə coğrafi baxımdan xüsusi əhəmiyyət daşıyan, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa əlaqə yaradan strateji bir bölgə idi.
Laçının işğalı, təkcə bir rayonun itirilməsi deyil, həm də regionda güc balansının Ermənistanın xeyrinə dəyişməsi demək idi. Bu hadisə düşmənə logistik və hərbi üstünlük qazandırdı və Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi yolunda real imkanlar yaratdı. Beləliklə, Laçının düşmənə keçməsi Azərbaycan üçün növbəti faciələrin, ardıcıl ərazi itkilərinin başlanğıcı oldu. Bu məğlubiyyətin kökündə isə, AXC-Müsavat cütlüyünün məsuliyyətsiz idarəçiliyi, siyasi avantürizmi və öz maraqlarını dövlətin maraqlarından üstün tutmaları dayanırdı.

Laçının işğalı təkcə bir rayonun itirilməsi deyildi bu, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa əlaqənin qurulması demək idi. Şuşa və Laçının itirilməsi Azərbaycanın sonrakı itkilərinin başlanğıc nöqtəsi oldu.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi qürur salnaməsinə çevrildi. Qəhrəman ordumuzun şücaəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi nəticəsində 1 dekabr 2020-ci ildə Laçın rayonu azad olundu. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə Laçın tamamilə doğma Vətənə qayıtdı.

Laçın işğaldan azad olunduqdan sonra genişmiqyaslı quruculuq və bərpa işləri başlandı. Prezident İlham Əliyevin dediyi kimi: “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”".

Müsahibimiz qeyd etdi ki, Laçın bu gün Azərbaycanın “yaşıl enerji zonası”nın aparıcı mərkəzlərindən birinə çevrilib.

"Rayon ərazisində ümumi gücü 65,5 MVt olan su elektrik stansiyaları bərpa olunur. “Mişni”, “Alxaslı”, “Zabux” və digər SES-lər müasir texnologiyalarla yenidən qurularaq ölkənin enerji sisteminə inteqrasiya edilib. Bu stansiyalar həm ekologiyaya töhfə verir, həm də Laçının iqtisadi müstəqilliyini möhkəmləndirir. Yeni məktəblər, xəstəxanalar, Zəfər və İşğal muzeylərinin yaradılması, “Hoçazfilm” studiyasının açılışı Laçını həm təhsil, həm də mədəniyyət məkanına çevirir. Şəhərin baş planında “15 dəqiqəlik şəhər” modeli tətbiq olunaraq rahat yaşayış mühiti formalaşdırılır. 2025-ci il mayın 28-də istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın müstəqillik tarixində mühüm hadisədir. Qorçu kəndində, 1700 metr yüksəklikdə inşa edilən bu hava limanı ölkəmizin ən yüksəkdə yerləşən aeroportudur".

Millət vəkilinin sözlərinə görə, Laçın aeroportu həm hərbi, həm də geosiyasi baxımdan ölkəmizin təhlükəsizlik qalxanıdır.

"Qarabağın mərkəzində yerləşən bu hava limanı Azərbaycanın regionda mövqeyini gücləndirir, eyni zamanda beynəlxalq tranzit imkanlarını artırır. Laçın Beynəlxalq Hava Limanı gələcəkdə Qarabağ turizminin əsas qapısına çevriləcək. Şuşa, Kəlbəcər, Zəngəzur bölgələrinə gələn turistlər üçün ən yaxın hava qapısı məhz buradır. Əzəmətli dağları, bulaqları və təbii gözəlliyi ilə Laçın Azərbaycanın “səmavi turizm mərkəzi” olacaq.

Bu gün 26 avqust yalnız bir tarix deyil – bu, xalqımızın milli iradəsinin təntənəsidir. Dövlətin qərarı ilə “Laçın şəhəri günü”nün qeyd olunması gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Hər il bu tarix xalqımızın birliyi, şəhidlərimizin qəhrəmanlığı və dövlətimizin qüdrəti ilə xatırlanacaq.

Bu gün Laçın Azərbaycan xalqının yaddaşında artıq həm müqavimət, həm də dözüm və qürur simvoludur. Otuz illik işğaldan sonra yenidən dirçələn Laçın, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə “böyük qayıdış” siyasətinin parlaq nümunəsinə çevrilməklə yanaşı, həm də Azərbaycan dövlətçiliyinin əbədi qalasıdır", - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Avqust 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri