Icma.az
close
up
RU
Bu gün məktəblərində “Son zəng” tədbitləri keçirilir

Bu gün məktəblərində “Son zəng” tədbitləri keçirilir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın bütün ümumi təhsil müəssisələrində bu gün XI sinf şagirdləri üçün “Son zəng” tədbirləri keçirilir.

Bu il respublika üzrə ümumilikdə 116 min 550 nəfər XI sinfi bitirərək məzun adını qazanır. Onların da 55 min 954 nəfərini qızlar, 60 min 596 nəfərini isə oğlanlar təşkil edir. Eyni zamanda, 131 min 407 şagird birinci sinfi uğurla başa vuraraq ibtidai təhsilin ilk pilləsini tamamlayır. Gələcəyin böyük şagird ordusunun təməli isə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş 107 min 529 azyaşlı ilə qoyulub. Ümumilikdə, geridə qoyduğumuz tədris ilində ölkənin 4 min 194 ümumtəhsil məktəbində 1 milyon 678 min 621 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 132 min 178 fədakar müəllim məşğul olub.

Paytaxt Bakıda da göstəricilər olduqca diqqətçəkəndir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 410 məktəbdə ümumilikdə 530 min 988 şagird elmin sirlərinə yiyələnib. Onlara 32 min 52 müəllim rəhbərlik edib. Paytaxt məktəblərində bu il 41 min 941 nəfər birinci sinfi, 50 min 219 nəfər IX sinfi, 37 min 222 nəfər isə XI sinfi bitirir. Əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər üzrə XII sinfi başa vuran 78 nəfər şagird də bu gün məzunlar sırasındadır. Uğurlu təhsil strategiyasının davamı olaraq, növbəti tədris ili üçün paytaxt üzrə məktəbəhazırlıq qruplarına artıq 21 min 384 uşaq cəlb edilib.

Builki “Son zəng” tədbirlərinin ən qürurverici və emosional məqamları işğaldan azad edilmiş tarixi torpaqlarımızda yaşanır. Böyük Qayıdış proqramı çərçivəsində bərpa olunan və yenidən qurulan 25 ümumi təhsil müəssisəsi doğma yurdumuzda fəaliyyətini uğurla davam etdirir. Bu məktəblərin 11-də uzun illərdən sonra ilk dəfə olaraq doğma torpağın havası altında “Son zəng”sədaları ucalır. Tarixi zəfərimizin ardınca doğma yurdun siniflərindən boylanan 171 nəfər məzun bu gün məktəblə vidalaşaraq Azərbaycanın parlaq gələcəyinə doğru ilk müstəqil addımlarını atır. Bu tarixi hadisə təkcə bir təhsil uğuru deyil, həm də dövlətimizin qüdrətinin və dirçəlişinin bütün dünyaya növbəti nümayişidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 İyun 2026 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri