Icma.az
close
up
RU
Bu gün “Molla Nəsrəddin”in səsi daha ucadandan gəlir

Bu gün “Molla Nəsrəddin”in səsi daha ucadandan gəlir

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


TURAN UĞUR
AYB-nin üzvü, yazıçı

20-ci əsrin əvvəllərində təşəkkül tapmış jurnallar, qəzetlər bizim mətbuat salnaməmizdir. Birinin xidməti biraz çox olub, birinin hizməti biraz az. Amma fərq etməz! Hamısı bizə xitab edib. O xitabət kürsüsündə 120 yaşlı “Molla Nəsrəddin” də indi olduqca ucaboylu görünür.

Bu gün “Molla Nəsrəddin” jurnalının Türk dünyasında şimşək kimi çaxan səs-sədası bugün də ucadan gəlir. O Molla Nəsrəddin ki, dönə-dönə deyirdi: “Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım, mən sizinlə türkün açıq ana dilində danışıram.
-“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə.Çünki hükəmalar buyurublar: “sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”

Bugün də o kəslər var, bugün də dünya-dünya işlərdən, Allah-bəndə söhbətlərindən gen duran, papağını günə yandırıb, ortalıqda küllənən, məramını xalqın arzusuna kökləməyənlər tapılır cəmiyyətimizdə.Bu mənzərəyə ”heyhat!” deyib keçmirik, təbiətin özü yaratdığı “Molla Nəsrəddin” ə “qulaq verin” deyirik.

Əslində, “Molla Nəsrəddini təbiətin özü yaratdı” fikri jurnalın təsisçisi, ünlü yazıçımız Mirzə Cəlilə məxsusdur. Qeyrətli oğulların 1906-cı ilin aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində nəşr etdirdikləri jurnalın müəllifi təkcə təbiət deyildi, həm də cəmiyyət idi. Dövr o dövr idi ki, ona nəzər salmaq üçün jurnalın ilk sayının üz qabığında yer alan karikaturaya baxmaq kifayətdir. Şərqin müdrik ağsaqqalı Molla Nəsrəddin bir dəstə yuxuya getmiş insanları oyatmaq istəyir. Özündən çıxanlara xitab edirdi bu jurnal ki, özünə qayıtsın, sözünə qayıtsın.Türk dünyasında bir çox müxbir postları olan jurnalın Aşqabbadda təmsilçisi Salman Mümtaz idi. Mümtaz kimi seçkin şəxslərin sayəsində jurnalın ünü doğma Türküstana qədər uzana bildi.
Rəvayətdən həqiqətə körpü salan münəvvərləri də unutmamaq da yarar var: Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əzim Əzimzadə, Oskar Şmerlinq, İosif Rotter və başqaları.
Bəs “Molla Nəsrəddin” in dili? Baxın bu sualda düşünməyə dəyər.Görün doğma dilimiz necə ucada dayanır ki, onun bütün şəhdi-şirəsi, imkanları ilə bütün təbəqələrə xitab oluna bilir. Şübhəsiz, “Molla Nəsrəddin”-i fenomen edən onun dili və üslubu idi.İlk satirik mətbu orqan kimi onu qınayanlar da olacaqdı, küfr etdiyini sananlar da.Tiflisdə nəşr olunan dövrdə, hətta jurnalın redaksiyası hücuma da məruz qalıb, nə çox idi Mirzə Cəlilə lənət yağdıranlar .Səbəb gün kimi aydındır.”Ayna”-yəni, bəziləri üçün aynaya baxıb özünü düzəltmək daha çətin idi, nəinki həqiqətə hücum etmək.
Doğma türk dilimizin şirinliyi, lətifliyi imkan verirdi ki, hal-qəziyəni zarafatla, məzəli əhvatlarla, felyetonlarla, yumorla, satira ilə, öyüd-nəsihətlə anladasan.Onu da danmırıq ki, dünən üçün tərz olan bugün üçün tərs ola bilər.Ola bilsin ki, o üslublar bugün yıpranmış, çeynənmiş sayılsın, lakin dövrü üçün
“Molla Nəsrəddin dili” ən unikal hadisə idi.
Tiflisdə, Təbrzidə və Bakıda müəyyən fasilələrlə 1906-31-ci illərdə 25 il ərzində nəşr olunan jurnal böyük publisistlər, yazıçılar ordusu yetişdirdi.Nəinki quzeydə, hətta Güney Azərbaycanında belə “Molla Nəsrəddin” böyük oxucu rəğbəti qazandı. Xalq arasında bu jurnalın yayılmasında Sabiranə şeirləri ilə tanınan, Mirzəli Möcüzün də zəhməti misilsizdir.
Molla Nəsərddinçilik bir prinsipdir.Onun fəaliyyəti konkret illəri əhatə eləsə də, təsiri bir epoxanı qapsayır, lap “Manas”, “Dədə Qorqud” abidələləri kimi.
Sizə daha kimdən deyim, kimdən yazım: Bəhlul Danəndədən. Mən rəvayət eləyim, siz də qulaq verin, yaxşıca anlayın bəndənizi, bəndeyi-həqirinizi.Günlərin bir günü:
Günlərin bir günü xəlifə Harun ər-Rəşid yuxuda misli-bərabəri olmayan bir saray görür. Sarayın kimə məxsus olduğunu soruşduqda deyirlər: «Bu saray Bəhlulun sarayıdır».
Xəlifə saraya heyran qalır. Onu Bəhluldan almaq istəyir. Elə bu vaxt hökmdar yuxudan oyanır. Tez Bəhlulu axtarır, onu çölün düzündə tapır. Görür ki, Bəhlul palçıqdan oyuncaq evciklər düzəldir.
Harun ər-Rəşid Bəhluldan soruşur :
– Bunlar nədir?
Xəlifə sağ olsun, saraydır.
– Düzəltdiyin bu sarayı mənə satarsanmı?
Bəhlul gülərək deyir :
– Xeyr ?
– Niyə ?
– Ona görə ki, sən gördüyün yuxunu mən də görmüşəm.

Şərqin müdrik obrazı Bəhlul Danəndədən güc alan “Bəhlul” jurnalının fəaliyyəti əsla yuxu deyil.Lap dəqiq tarixini də deyim sizə: 1907- ci ilin 19 may və 4 noyabr tarixləri.
Tarix 1907-ci ilin may ayında bir az da şərəfləndi, bir az da bu xalqın üzünə güldü.1906-cı ildə ərsəyə gələn
“Molla Nəsrəddin”, “Füyuzat” jurnallarından sonra “Bəhlul” jurnalı da publisistikamızda özünə yer tapdı.Düzdür, bir dəlisov rüzgar kimi, gəlişi kimi, gedişi də anidən, qəflətən oldu, amma gəlmişdi ki...gəlmişdi ki, cəmiyyətin əyər-əskiyini yumorla, satira ilə ünvanına çatdırsın.Bu bizim cəmiyyət üçün yad bir məsələ deyildi. Əksinə, sözdən söz çıxaran, söz anlayan toplum kimi lətifələr, el məsəlləri, hikmətli sözlər bizim dilimizdə obrazlı desək yuva salıb tarix boyu.Dilimiz zəhər tuluğuna dönəndə, imdadımıza yumor hissimiz yetişib.Savaş kəsəcək qədər urvatlı, qan-qada sovuşduracaq qədər ağayana olub sözümüz.
Baş redaktor Ələsgər Əliyevin sayəsində qələm adamları jurnala cəlb olundu.Özü də ”Bəhlul” jurnalı daha kəskin idi, “Molla Nəsrəddin” həlim, xəfif gülüşə üstünlük verdiyi halda, sözügedən jurnal daha sərt mövqe tuturdu.Müdrik obraz, şərq mühitinin Bəhlul Danəndəsi-yəni, “təlxək ağıllı”- sı timsalında tənqidi daha ağır, daha acı olurdu.
Bəs niyə “təlxək, dəli ağıllı”? Axı dəlilərin sahibi uca yaradandır, onun himayəsi altında bütün həqiqətləri bir batman bal kimi də yemək olardı. Lap kefli İsgəndər misalı. Şərqliyə xas şəkildə bu obrazın dilindən realllığı, acı gerçəkliyi, haramzadələrin azğınlığını ifşa etmək ağlabatan iş idi. Necə ki, bununla çox müşkülləri mümkünə çevirdi “Bəhlul” jurnalı. Sabirin satirik şeirlərindən ilham alan jurnal bir çox öndə olan münəvvərlərimizlə əməkdaşlığa başladı.Seyid Hüseyn və başqa yazıçılar müxtəlif məqalələrlə çıxış edirdilər.”Bilməli xəbərlər”, “Teleqraf xəbərləri”, “Lüğət”, “Tapmaca” satirik başlıqlı yazılar jurnalın bəzəyinə çevrildi. Gizli imzalar da tədricən işə düşürdü: ”Yuxulu”, “Bambulu”, “Mirzə Dığdığı”, “Zurnaçı” və.s kimi gizli imzalar cəmiyyətin naqisliyini açmağa hesablanıbmış.Folklor qaynaqlarımızın izlərini maarifçilik xətti ilə rövnəqləndirənlər, yumorla, satira və sarkazmla həqiqəti çatdırmağa çalışanların arzusu bir gün sona çatacaqdı.
“Bəhlul” jurnalında gerilik, ətalət, varlı-kasıb münasibətləri xalq dilində tənqid olunurdu.Bizi bizə tanıtdıran jurnal yolunu azanlara, “yolun azanın qazanı boş qalar” misalı tənqid atəşinə tuturdu. Sadəcə bu atəş nə qədər hədəfə dəyirdi, baxın bu, düşündürücü məqamlardan biridir.
9 nömrədən sonra bağlanan “Bəhlul” jurnalı təəssüf ki, “Füyuzat” jurnalı ilə eyni aqibəti yaşadı. Çar Rusiyası guya ki, zərərli istiqamətlərə üz tutduğu üçün jurnalın dayandırılmasına nail oldu.Ancaq danışanı susdurmaq nailiyyət yox, rəzalət və acizlikdir.
Əslində, heç vaxt susmayıb “Bəhlul” jurnalı, zira publisistikamızın folklor qaynağı kimi belə jurnalların yaşamasına səbəblərimiz yetərincədir. O səbəblərdən ən ümdəsi – folklorumuzdur. Bu cür dərgilərin publisistika tariximizdə əbədi yaşamasına zəmanəti məhz folklorumuz verirsə, deməli, bizə də ancaq öyünmək qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Aprel 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri