Icma.az
close
up
RU
Bu gün o səs susdu...

Bu gün o səs susdu...

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev bu gün səhər saatlarında vəfat edib. 

Axşam.az-ın məlumatına görə, sənət adamları onun ölümü ilə bağlı paylaşım ediblər. 

Xalq artisti Mənsum İbrahimov "Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli xanəndə, muğam sənətimizin canlı əfsanəsi, professor Arif Babayevin vəfatı xəbəri bizi dərin kədərə boğdu. Arif Babayev Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətlər göstərib, uzun illər boyu həm ifaçı, həm pedaqoq kimi neçə-neçə istedadlı gəncin yetişməsində mühüm rol oynayıb" deyə, paylaşımında yazıb. 

Əməkdar artist Gülüstan Əliyeva isə xanəndəni "Azərbaycan mədəniyyətinə çox böyük itki üz verib. Azərbaycan muğamının sütunu, müəllimim, ustadım, muğam ifaçılığında çox böyük məktəbin yaradıcısı, yüzlərlə sənətkarları sənət dünyasına bəxş edən Arif Babayev... Ailəsinə, doğmalarına, yaxınlarına başsağlığı verirəm" sözləri ilə yad edib.

Əməkdar artist Aybəniz Haşımova isə onunla bağlı "Arif müəllim, sənətkarların ustadı, ürəklərin səsi idi... Bu gün qəlbimizdən bir parça qopdu. Ustad xanəndə, muğam sənətinin canlı məktəbi, yüzlərlə tələbənin müəllimi, minlərlə dinləyicinin qəlbində iz qoyan Arif Babayev haqq dünyasına qovuşdu. Səsi ilə bizə muğamın sirrini, öyrətdikləri ilə sənətə sədaqəti anlatdı. Ən çətin anlarımızda onun oxuduğu muğamlar könlümüzə şəfa, ruhumuza güc verdi. Bu gün isə o səs susdu... Segahın atası getdi, bülbül avazlı ustadımız getdi... Arif müəllim, ruhun şad olsun. Yolun rahat olsun ustad. Biz səni heç zaman unutmayacağıq" sözlərini qeyd edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 Avqust 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see359

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see357

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see287

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see248

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see234

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see219

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see213

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see197

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see196

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see195

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see189

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see188

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see185

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see181

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see175

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see175

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see173

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see164

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see145

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri