Bu gün PAŞA Bank ın səhmləri ticarətə buraxılır yerləşdirmə başlayır
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Fond Birjasında “PAŞA Bank” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılır.
Marja.az xəbər verir ki, Bakı Fond Birjasının Listing Komitəsinin 3 aprel 2026-cı il tarixli qərarı ilə “PAŞA Bank” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə icazə” qərarı verilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qeyd olunan səhmlər üzrə abunə yazılışı 13 aprel 2026-cı il tarixində başlayıb və 12 iyun 2026-cı il tarixində, həmin gün də daxil olmaqla, yekunlaşıb. Qiymətli kağızların yerləşdirilməsi isə 18 iyun 2026-cı il tarixində başlanacaq.
Məlumata görə, emissiya çərçivəsində “PAŞA Bank” ASC-nin 932 min 926 ədəd sənədsiz adlı adi səhmi yerləşdiriləcək. Səhmlərin ilkin ticarət qiyməti 55 manat müəyyən edilib.
Beləliklə, emissiyanın ümumi həcmi 51 milyon 310 min 930 manat təşkil edir.
Səhmlərin dövlət qeydiyyat nömrəsi — ISIN kodu AZ1012006628-dir. Ticarət üsulu kütləvi abunə yazılışı formasında həyata keçirilir.
“PAŞA Bank” ASC-nin səhmləri üzrə əsas anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Anderrayterlər qismində həmçinin “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edir.
Bu yerləşdirmə Azərbaycanın kapital bazarında bank sektoruna aid iri həcmli emissiyalardan biri kimi diqqət çəkir. PAŞA Bank səhmlərinin ticarətə buraxılması həm kapital bazarında bank alətlərinin dərinləşməsi, həm də investorların səhmdar kapitalı alətlərinə marağının artması baxımından əhəmiyyətli hadisə hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 18 İyun 2026 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















