Icma.az
close
up
RU
Bu gün şəhid Elməddin Meydanovun anım günüdür

Bu gün şəhid Elməddin Meydanovun anım günüdür

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Bu gün Vətən Müharibəsi şəhidi, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kapitan Elməddin Bahəddin oğlu Meydanovun anım günüdür.


Missiya.Az xəbər verir ki, Elməddin Meydanov 11 sentyabr 1989-cu ildə Şərur rayonu Vərməziyar kəndində anadan olub.

İlk təhsilini Vərməziyar kənd tam orta məktəbində alan Elməddin 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsilini davam etdirmiş və oranı fərqlənmə ilə bitirib. 2007-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Sərhəd Qoşunları fakültəsində ali hərbi təhsilə yiyələnib. 2011-ci ildə leytenant hərbi rütbəsi ilə xidmətə başlamış və xidmətdə fərqləndiyinə görə 2012-ci ildə baş leytenant hərbi rütbəsi alaraq Zastava rəisi təyin edilib. Azərbaycan Ordusunun kapitanı olan Elməddin Meydanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanmış, oktyabrın 27-də qəhramancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Meydanov Elməddin «Azərbaycan ordusunun 100 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubleyi medalları və “Qüsursuz Xidmətə görə 3-cü dərəcəli” medalları sağlığında ölümündən sonra isə “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”, “Döyüşdə fərqəlnməyə görə” medalları ilə təltif edilib.

Şəhid kapitan Meydanov Elməddin Bahaddin oğlu Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimizin vətənə əmanət 2 övladı vardır. Ruhu şad olsun !

Daşqın Həsənov

Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://missiya.az
archiveBu xəbər 27 Oktyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri