Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bu gün Sevgililər Günü dür Dünya necə qeyd edir, biz necə?

Bu gün Sevgililər Günü dür Dünya necə qeyd edir, biz necə?

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

14 fevral hər il dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur. Hər ilin bu günündə cütlüklər bir-birinə xüsusi hədiyyələr alaraq, sevgilərini xüsusi şəkildə göstərirlər. 

Lakin bu gün dünyada daha çox Valentin Günü kimi bilinir. Bu isə III əsrdə yaşayan xristian din adamı Saint Valentinlə bağlıdır.

Maraqlıdır ki, niyə məhz 14 fevral Valentin Günü Sevgililər Günü kimi qeyd edilir.

Modern.az 14 fevralın yaranma səbəbini təqdim edir.

14 fevralın tarixi olduqca qədim dövrə gedib çıxır. Bu gün dünyada Valentin günü kimi bilinir və Saint Valentine adında  III əsrdə Roma imperiyasında yaşamış xristian din xadimi ilə əlaqələndirilir. Tarixi mənbələrdə onunla bağlı ən məşhur rəvayət belədir ki, o Roma imperatoru Cladius II Gothicusun qərarına zidd getdiyinə görə edam olunub. Belə ki, Roma imperatoru Claudius II Gothicus  subay kişilərin daha yaxşı döyüşçü olduğunu hesab edərək, gənc əsgərlərin evlənməsini qadağan etdikdə, Valentin gizli şəkildə aşiq cütlükləri evləndirirdi. Bu səbəbdən o, həbs edilir və 14 fevral tarixində edam edilir.

Bəs hansı ölkədə bu gün necə qeyd edilir?

ABŞ

ABŞ Sevgililər Günü ən geniş qeyd olunan ölkələrdəndir. Cütlüklər bir-birinə qızılgül, şokolad, açıqca və zinət əşyaları hədiyyə edirlər. Restoranlarda romantik şam yeməkləri təşkil olunur. Həmçinin dostlara və ailə üzvlərinə də kart göndərmək ənənəsi var.

Fransa

“Sevginin paytaxtı” sayılan Paris bu günü romantik gəzintilər və xüsusi axşam yeməkləri ilə qeyd edir. Fransada əsas diqqət sevgililər arasında hədiyyə və sevgi mesajlarına yönəlir.

Yaponiya

Yaponiyada maraqlı ənənə var: 14 fevralda qadınlar kişilərə şokolad hədiyyə edir. “Giri-çoko” (hörmət şokoladı) və “honmei-çoko” (sevgiyə görə şokolad) anlayışları mövcuddur. 14 martda isə “White Day” adlı gündə kişilər cavab hədiyyəsi verirlər.

İtaliya

İtaliyada bu gün romantik şam yeməkləri və kiçik hədiyyələrlə qeyd olunur. Xüsusilə Verona (Romeo və Cülyettanın şəhəri) turistlərin diqqət mərkəzində olur.

Braziliya

Braziliyada Sevgililər Günü 14 fevralda deyil, 12 iyunda – “Dia dos Namorados” adı ilə qeyd olunur. Bu tarix Müqəddəs Antoniyə həsr edilib və cütlüklər bir-birinə hədiyyələr təqdim edirlər.

Azərbaycan

Azərbaycanda 14 fevral son illərdə daha geniş yayılıb. Cütlüklər bir-birinə gül, ətir, şokolad və digər hədiyyələr təqdim edir. Restoran və kafelərdə xüsusi proqramlar təşkil olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see430

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see323

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see320

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see300

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see294

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see278

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see278

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see268

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see248

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see229

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see213

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see211

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see200

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see196

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see189

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see188

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see183

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see175

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri