Icma.az
close
up
RU
Bu gün “Sevgililər Günü”dür...

Bu gün “Sevgililər Günü”dür...

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sevginin günü olmur, lakin bəzi günlər bizə əsl sevginin nə qədər dəyərli olduğunu xatırlatmaq üçün var. Bu xüsusi günlərdən biri də “14 fevral – Sevgililər Günü”dür.

“Qafqazinfo” xəbər verir ki, “Valentin günü” də adlandırılan bu bayram hər il fevralın 14-də dünyanın əksər ölkələrində qeyd edilir. 

Başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edir. III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda göstərilib. O zamanlar Valentin Romada rahib idi.

Valentin imperatorun “Luperkalia” bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edib.

İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tarixində xristian məzarlığında dəfn edilir.

Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” deyə məktublar göndərməsidir. Bu fakt, ümumiyyətlə, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini də önə çəkir.

14 fevralın “Valentin günü” adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan “Luperkalia” bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir.

Qeyd edək ki, “Sevgililər Günü”nü bəzi müsəlman ölkələri qeyd etmir. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan bu günü qeyd etməyən ölkələrdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Fevral 2025 07:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see252

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see242

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see237

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see206

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see184

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see179

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see177

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see172

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see170

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see169

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see164

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see155

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see154

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see150

Almaniya Ukraynanın veteranlarına əlavə 3 milyon avro ayıracaq

23 Avqust 2026 02:45see147

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see147

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see145

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see143

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see143

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri