Icma.az
close
up
RU
Bu gün Ümumdünya Okeanlar Günüdür FOTOLAR

Bu gün Ümumdünya Okeanlar Günüdür FOTOLAR

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 8-də mühüm ekoloji əhəmiyyət daşıyan Ümumdünya Okeanlar Günü qeyd olunur. SİA xəbər verir ki, bu gün dünya üzrə dəniz və okeanların qorunması və dayanıqlı inkişafı naminə səyləri simvolizə edir və bütün insanları birləşdirir.

Okean insanlıq və Yer üzərindəki həyat üçün vacib dayaqlardan biridir. Lakin onun nəhəngliyi ilə müqayisədə bu təbiət möcüzəsi haqqında biliklərimiz hələ də çox məhduddur. Okeanlara mənfi təsirlər və onların nəticələri dünyanın bir çox bölgəsində ciddi narahatlıq doğurur.

Ümumdünya Okeanlar Günü – bu qlobal təşəbbüsün əsas məqsədi okeanın həyatımızdakı rolunu vurğulamaq, onun qorunması və dəniz resurslarından dayanıqlı istifadə istiqamətində praktiki tədbirlərə çağırış etməkdir. İqlim dəyişikliyi, plastik tullantılar və həddindən artıq istismar fonunda okeanların qorunması gələcək nəsillərin və “mavi planet”in gələcəyinin təminatıdır.

2025-ci ildə BMT tərəfindən seçilən mövzu – “Möcüzə: Bizi dəstəkləyəni dəstəkləmək” – güclü və ruhlandırıcı bir çağırışdır. Bu, ölkələrin və təşkilatların okean ekosistemlərinin qorunması istiqamətində birgə və koordinasiyalı fəaliyyətini təşviq edir.

Qeyd edək ki, bu tarixin təsis olunması təşəbbüsü ilk dəfə 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş “Yer Sammiti” çərçivəsində səsləndirilib.

Okeanlar Yer səthinin 70 faizindən çoxunu əhatə edir və həyatın mənbəyi kimi çıxış edərək insanlara və digər canlılara yaşam şəraiti yaradır. O, planetin oksigeninin təxminən 50 faizini istehsal edir, bioloji müxtəlifliyin əsas hissəsini özündə cəmləşdirir və bir milyarddan artıq insan üçün əsas zülal mənbəyidir.

Karbon uducu kimi effektiv hesab olunması üçün hər hansı təbii obyekt bu maddəni azı yüz il saxlamalıdır. Tropik meşələrlə müqayisədə okean dibi çöküntüləri karbonu min illərlə saxlayır. Təəssüf ki, “mavi karbon” ekosistemləri görünməz olduqları üçün yetərincə qorunmur və quru ekosistemləri ilə müqayisədə dörd dəfə daha sürətlə deqradasiyaya uğrayır. Bu ekosistemlər həm də suyun keyfiyyətinə, temperaturuna qarşı həddindən artıq həssasdır. Onların zədələnməsi nəticəsində karbon yalnız udulmur, əksinə havaya buraxılır.

Sahil ekosistemləri bir çox faydalar verir – təbii fəlakətlərin qarşısını alır, suyu təmizləyir, qida və iş imkanları yaradır. Sahil bölgələrində yaşayan əhalinin böyük əksəriyyəti okeanla bağlı sahələrdə çalışır. İqlim dəyişikliyi, suyun turşulaşması və qeyri-dayanıqlı idarəetmə bu sistemlərin və yaşayış imkanlarının məhv olmasına səbəb ola bilər.

Sahil və dərin su bölgələri üçün uzunmüddətli dayanıqlı inkişaf strategiyalarının hazırlanması, okeanın qida və dolanışıq mənbəyi kimi rolunun qorunmasının açarıdır. Ekosistem xidmətlərindən və dəniz resurslarından inteqrasiya olunmuş və kompleks yanaşma həm insanlara, həm də təbiətə iqlim dəyişikliyinə uyğunlaşmağa kömək edəcək.

Okean haqqında hələ də çox az bilirik. Dəniz yosunları, manqrov meşələri, dayaz ərazilər və mərcan rifləri kiçik sahə tutsalar da, planetin iqliminin formalaşmasında nəhəng rol oynayırlar. Okeanla bağlı istənilən qərar – suyun duzsuzlaşdırılması və ya dəniz dibi faydalı qazıntıların çıxarılması layihələri – ölçülüb-biçilmiş və ehtiyatlı şəkildə qəbul olunmalıdır.

Okean iqtisadiyyatımız üçün də mühüm rol oynayır. Proqnozlara görə, 2030-cu ilədək 40 milyon insan okeanla bağlı sahələrdə çalışacaq.

Hazırda okean dəstəyimizə ehtiyac duyur. Böyük balıqların 90 faizi artıq tükənib, mərcan riflərinin 50 faizi məhv olub – biz okeandan bərpa ediləndən daha çox istifadə edirik. Yeni yanaşmalarla okeanla tarazlığı qoruyan, onu tükətmək əvəzinə bərpa edən sistemlər qurmalıyıq.

2025-ci il həm də Okean Elmləri Onilliyi və Dünya Okean Konfransı ilə əlamətdardır. Ümumdünya Okeanlar Günü bizə dənizlə olan dərin bağlılığımızı xatırladır, bizi bu möcüzəni mərifət, müdriklik və ümumi rifah arzusu ilə qorumağa çağırır.

2017-ci il dekabrın 5-də BMT Baş Assambleyası 2021–2030-cu illəri Dayanıqlı İnkişaf naminə Okean Elmləri Onilliyi elan edib. Bu onillik elmi ictimaiyyəti, siyasətçiləri, biznes nümayəndələrini və vətəndaş cəmiyyətini okeanla bağlı elmi tədqiqatlar və texnoloji innovasiyalarda bir araya gətirmək məqsədi daşıyır.

Ümumdünya Okeanlar Günü hər kəsə okeanların həyatımızda oynadığı əhəmiyyətli rolu xatırladır. Onlar planetin “ağciyərləri”, əsas qida və dərman mənbəyidir, biosferin ayrılmaz tərkib hissəsidir.

Bu günün məqsədi – ictimaiyyəti insan fəaliyyətlərinin okeana təsiri barədə məlumatlandırmaq, qlobal okean müdafiəsi hərəkatını gücləndirmək və insanların okeanın davamlı idarə olunmasında iştirakını təşviq etməkdir.

Builki tədbirlər BMT-nin Hüquq Məsələləri üzrə Departamentinin Okean və Dəniz Hüququ Şöbəsi tərəfindən Oceanic Global qeyri-kommersiya təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Su həyatın ayrılmaz hissəsidir, lakin eyni zamanda iqtisadi baxımdan strateji əhəmiyyətli məsələdir. COP29 çərçivəsində keçirilən mövzu günlərindən biri də təbiət, biomüxtəliflik, yerli icmalar, gender bərabərliyi və okeanlar/sahil zonaları məsələlərinə həsr olunub.

Bu çərçivədə iştirakçılar su ehtiyatlarının daha səmərəli istifadəsi, eləcə də daşqınlar və seldən doğan risklərə qarşı birgə həll yolları axtardılar.

COP29 dəniz resurslarının dayanıqlı istifadəsi, dəniz ekosistemlərinin qorunması və okeanların iqlim siyasətindəki rolunun artırılması kimi məsələlərin dərin müzakirə edildiyi platformaya çevrildi.

Bakı COP29 çərçivəsində ekspertlər ölkələri okeanların qorunması ilə bağlı tədbirləri milli səviyyədə müəyyən edilmiş töhfələrinə (NDC) daxil etməyə və mavi iqtisadiyyat layihələrinə, o cümlədən manqrovların, mərcan riflərinin bərpası və dayanıqlı balıqçılığa daha çox sərmayə yatırmağa çağırdılar.

COP29-da ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib.

Bakı Su Dialoqu Platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığın genişləndirilməsinə yönəlib. Həmin Deklarasiya isə yeni tərəfdaşlıqların qurulmasına və siyasi tədbirlərin gücləndirilməsinə şərait yaradacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 İyun 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri