Icma.az
close
up
RU
Xalq artsti Məmmədbağır Bağırzadənin 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Xalq artsti Məmmədbağır Bağırzadənin 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 1 iyun, AZƏRTAC

İstər ifa etdiyi muğam, təsnif və mahnılar, istərsə də özünün bəstələdiyi əsərlərlə milyonların sevimlisinə çevrilən Xalq artisti Məmmədbağır Bağırzadənin Azərbaycan musiqi sənətində özünəməxsus yeri var. Hansı janrda ifa etməyindən asılı olmayaraq onun özünəməxsus ifa üslubu və ürəyəyatan səsi həmişə tamaşaçı zövqünü oxşayır. Cəmi 55 il ömür sürməyinə baxmayaraq parlaq istedadı və bənzərsiz ifa tərzi ilə seçilən istedadlı sənətkarın yazdığı və oxuduğu musiqilər zamana sığmır...

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Xalq artsti Məmmədbağır Bağırzadənin 75 illiyinə həsr olunmuş xatirə gecəsində bu barədə danışılıb.

Xatirə gecəsi monitorda mərhum xanəndənin görüntülərinin verilməsi və ifasında musiqi nömrəsinin səsləndirilməsi ilə başlanılıb. Gecədə Əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov, Xalq artistləri Ağaverdi Paşayev, Mirnazim Əsədullayev, Əməkdar artist Sahib Paşazadə, müğənninin dünyaya göz açdığı Bakının Nardaran kəndinin ağsaqqallarından Hacı Hacıağa, “Dədə Qorqud” milli fondunun rəhbəri Eldar İsmayılov istedadlı muğam və mahnı ifaçısının sənətkarlıq xüsusiyyətləri və ona şöhrət gətirən yaradıcılıq üslubu barədə bəhs ediblər.

Məmmədbağır Bağırzadə ilə bir sinifdə oxuyan Qurban Xəlilov ustad ifaçı ilə bağlı xatirələrini danışıb, şair Yusif Nəğməkar, xanəndənin pərəstişkarı Elşən Məmmədov və başqaları çıxış edərək ona həsr etdikləri şeiri oxuyublar. Gecədə belə fikir ifadə olunub ki, səsi ana laylası kimi şirin, bulaq kimi həzin, bəstələdiyi yaz nəfəsli, bahar ətirli musiqilərlə milyonların ürəyinə yol tapan Məmmədbağır Bağırzadənin ifa etdiyi mahnı və təsniflər neçə-neçə illər sonra da səslənəcək və daim öz dinləyicilərinin könlünü oxşayacaq. Qeyd olunub ki, kəpənək qanadları kimi al-əlvan, göy qurşağı kimi rəngarəng olan bu füsunkar səs uzun illər boyu dinlənilərək sənətsevərləri öz sehrinə salmaqda davam edəcək.

Gecədə Xalq artisti Zabit Nəbizadə, gənc xanəndələr Məmməd Nəcəfov, Hüseyn Məlikov, Vəfa Vəzirova, müğənnilər Ayşən Mehdiyeva, Tural Salmanov və başqaları bəstəkar-müğənnin yaradıcılığından numunələr ifa ediblər.

Xatirə gecəsinin yekununda mərhum sənətkarın oğlu Rahim Bağırzadə atasının sənətinə verilən yüksək dəyərə görə minnətdarlığını bildirib və Asəf Zeynallı adına Musiqi Kollecinin builki məzunu, bəstəkar-müğənninin nəvəsi Məmmədbağır Bağırzadənin müşayiəti ilə musiqi nömrəsi səsləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri