Icma.az
close
up
RU
Bu gün Zəngilandayıq...

Bu gün Zəngilandayıq...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Şəhid atası ilə səmimi dialoq, insanların sonsuz minnətdarlığı

Öz gücünə otuz illik işğala son qoyan, ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla tam təmin edən qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasında və məskunlaşdırılmasında da dünyaya nümunə göstərir. O cümlədən şanlı Zəfərimizin əsas memarı olan Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə azad ərazilərə müntəzəm səfərləri çərçivəsində yenidən qurulan Qarabağa, Şərqi Zəngəzura köç edən sakinlərlə görüşlərə qatılması gözəl bir ənənəyə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində baş tutan son səfərləri də istisna olmayıb. Belə ki, səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. Eyni zamanda, Prezident İlham Əliyevin  Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü və bu görüşdə Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyevlə dialoqu baş tutub.

Bu görüşlər səmimilik şəraitində keçib. Azad ərazilərə köç edən sakinlər Prezident İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə yaxından ünsiyyət qurmaq, öz ürək sözlərini demək və xatirə fotoları çəkdirmək imkanı qazanıblar.

İşğala son qoyulmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmalarını hamıdan çox Heydər Əliyev arzulayırdı...

Qeyd etdiyimiz kimi, dövlət başçısının və birinci xanımın işğaldan azad olunmuş ərazilərə bəhs olunan səfərləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsinə təsadüf edib. Burada Ulu Öndərin Ermənistanın havadarlarınıın dəstəyi ilə ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizə qarşı işğalçılıq müharibəsinə başlamasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə necə həssaslıqla yanaşdığını xatırlamamaq mümkün deyil. Heydər Əliyev yaranmış vəziyyətlə barışmırdı və işğala son qoyulmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmalarını hamıdan çox arzulayırdı. Onun qəlbində həm də bu arzuların həyata keçəcəyinə böyük inam var idi. Ulu Öndər  həmişə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğulayaraq, xalqın öz yurdlarına qayıdacağına olan inamını artırırdı.  Onun inamı xalqa güc verirdi, qaçqın və məcburi köçkün soydaşlarımızı həyata möhkəm bağlayırdı. Zəngilanda dövlət başçısı ilə görüşdə sakin Murad Rəhimov söz alaraq tədbirin ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu gündə baş tutmasının rəmzi məna daşıdığına diqqət çəkərək bildirib: “Ulu Öndərimizin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında xidmətləri misilsizdir, əvəzolunmazdır. Onun ən böyük arzularından biri işğal olunmuş torpaqların azad edilməsi, sakinlərin öz ata-baba yurdlarına qaytarılması idi”.

Böyük siyasətçi Heydər Əliyev üçün təcavüz faktının aradan qaldırılması, insanların doğma yurd yerlərinə qayıtmaları yalnız arzu deyildi. O həm də dövlət başçısı kimi öz məsuliyyətini dərk etməklə ölkənin ərazi bütövlüyünün təmin edilməsinin unikal strategiyasını işləyib hazırladı. Torpaqlarımızın işğalı qeyri-legitim yolla hakimiyyətə gəlmiş  AXC-”Müsavat” iqtidarının yarıtmaz siyasətinin nəticəsi olaraq baş vermişdi. Sakinlərlə görüşdə həmin çətin dövrə ekskurs edən Prezident İlham Əliyev vurğulayıb: “Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü”.

Azərbaycan üçün çox çətin bir dönəmdə Heydər Əliyev Özünə xas olan müdrikliklə yol verilmiş səhvləri aradan qaldırdı, Azərbaycanın müstəqilliyini qorudu, qısa müddətdə vahid komandanlığa tabe olan ordu formalaşdırdı. Ulu Öndərin böyük səyləri və uzaqgörənliyi sayəsində atəşkəsə nail olunması Azərbaycana iqtisadiyyatını gücləndirmək və bu əsasda müasir ordu formalaşdırmaq imkanı qazandırdı. Sonrakı mərhələdə Prezident İlham Əliyev bu imkandan bəhrələnməklə Azərbaycan xalqına böyük qələbələrin sevincini və qürurunu yaşatdı. “Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azad torpaqlar xalqımızın qəhrəmanlıq simvoludur

Şanlı zəfərlərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən, 23 saatlıq lokal xarakterli antiterror əməliyyatından sonra Azərbaycan cəmiyyətində belə bir yekdil fikir formalaşıb ki, azad torpaqlar xalqımızın qəhrəmanlıq simvoludur. Müqayisə apardıqda Azərbaycanın qələbələrinin miqyası daha aydın görünür. Sakinlərlə söhbətlərdə xüsusi olaraq vurğu edilib ki, heç bir dövlət ən azından son 80 ildə müharibələrdə respublikamız kimi mütləq Qələbə qazanmağa nail olmayıb. Biz ədalətli müharibə apararaq qalib gəlmişik ki, bu da sonsuz qürur mənbəyimizdir. Şükürbəylidə baş tutan görüşdə söhbətə qoşulan qadın sakin dövlət başçısına xitab edərək zəfərlərimizi belə dəyərləndirib: “Möhtərəm Prezident, Şah İsmayıl Xətaidən sonra Azərbaycanı hissə-hissə qoparıb dağıdıblar. Azərbaycanın torpağını geri qaytaran bir ali baş komandanımız, sərkərdəmiz olmayıb. Birinci dəfədir ki, biz əlimizdən alınan torpaqları geri qaytarmışıq”.

Bəli, şanlı zəfərlərimiz son 200 ildə qazandığımız ən böyük qələbələrdir və bu qələbələri heç kim bizə hədiyyə etməyib. Bu qələbələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Müzəffər Ordumuz qazanıb. Müharibə günlərində 300-dən çox yaşayış məntəqəsi bilavasitə döyüşlərdə işğaldan azad edilib. Bundan sonra düşmən müharibəni davam etdirməyin mənasız olduğunu anlayıb və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qalıb. Müharibə günlərini xatırlayaq. Görüşlərdə vurğulandığı kimi, “Dəmir yumruq” milli gücün vəhdətinə çevrilmişdi. Bu vəhdət, sarsılmaz həmrəylik də haqq savaşında bizim mütləq qələbəmizi təmin etdi.

İnsanların yurd həsrətinə son qoyulur

Dağıdıcılq, talançılıq, vəhşilik ermənilərin xislətindədir. Biz isə qurub-yaradan xalqıq. Bunu işğaldan azad edilmiş ərazilərin bərpasının timsalında bütün dünya görür. Bu gün xalqımız işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılmasının sevincini yaşayır. Bakıdan və digər ünvanlardan Qarabağa və Şərqi Zəngəzura tez-tez köç karvanları yola salınır. İnsanların torpaq həsrətinə son qoyulur. Bu, ifadəsi çətin olan bir hissdir. Doğma ev-eşiklərindən didərgin düşən insanlar təxminən otuz il ərzində yarımçıq tikililərdə, vaqonlarda, yataqxanalarda, çadırlarda çətin həyat sürüblər. İndi bunlar keçmişdir. Artıq qaçqın, məcburi köçkün soydaşlarımızın həyatında yeni bir dönəm başlayır. Görüşlərdə doğma torpaqlara qayıdan sakinlər onlara bu sevinci yaşadan Prezident İlham Əliyevə və Onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında sakinlərə mənzillərin açarlarının təqdim olunması zamanı 44 günlük Vətən müharibəsi şəhidinin atası ilə  baş tutan dialoq diqqət çəkib və gündəm olub. Belə ki, Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev  dövlət başçısı ilə görüş zamanı özünü yaxşı hiss etmədiyini bildirib. Prezident İlham Əliyev Özünə xas olan həssaslıqla dərhal şəhid atasının yola salınması üçün göstəriş verib.

Sonradan Əli Sarıyev Prezidentlə görüş zamanı yaşananları KİV-ə danışaraq bildirib: “Prezident məni səhnəyə çağırdı. Salamlaşdıq. İlk sözü o oldu ki, harada döyüşüb? Bu haqda soruşanda mən çox həyəcan keçirdim. Özümü demək olar ki, itirdim, bir kəlmə də danışa bilmədim. Mənə qarşı çox yaxşı münasibəti oldu. Onun duyğulanması mənə çox təsir elədi”.

Bəli, ölkə vətəndaşlarına, xüsusən də müharibə iştirakçılarına, şəhid ailələrinə qayğı  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən qırmızı xətt kimi keçir. Onların Zəngilanda, Şükürbəylidə sakinlərlə söhbət zamanı şəhidlərimizin  əziz xatirələrini necə böyük hörmət və  minnətdarlıq hissi ilə anmaları bunun daha bir təsdiqinə çevrildi.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri