Bu günə qədər ölən İsrail hərbçilərinin sayı açıqlandı
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2023-cü il oktyabrın 7-dən bu yana döyüşlərdə 1152 İsrail hərbçisi ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinə istinadla “Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, onların 40%-dən çoxunu 21 yaşdan aşağı və həqiqi hərbi xidmətdə olan əsgərlər təşkil edib.
Nazirlik ölənlərin əksəriyyətinin ehtiyatda olan hərbçilər, vəzifəli şəxslər, xidmət müddətini uzadan hərbçilər və ya həqiqi hərbi xidmət yaşına çatdıqdan sonra xidmətini başa vuran şəxslər olduğunu bildirib.
Həmçinin, nazirlik ölən hərbçilərdən 141-nin 40 yaşdan yuxarı olduğunu qeyd edib.
Nəşrin yazdığına görə, bu rəqəmlər İsrailin döyüşdüyü bütün cəbhələri, eləcə də ölkənin təhlükəsizliyi ilə məşğul olan bütün bölmələri, o cümlədən IDF əsgərlərini, İsrail polisini, “Şin Bet” əməkdaşlarını, Xüsusi Əməliyyat Qüvvələrini əhatə edir.
Bu mövzuda digər xəbərlər:Qəzzada ölən İsrail hərbçilərinin sayı açıqlandı
12 Noyabr 2024 09:07
Əməliyyatlarda ölən İsrail hərbçilərinin sayı 800ə
20 Noyabr 2024 15:53
Qəzzada ölən İsrail hərbçilərinin sayı artdı
24 Dekabr 2024 06:29
Qəzzada ölən İsrail hərbçilərinin sayı 800ə çatdı
20 Noyabr 2024 16:27
Baxış sayı:96
Bu xəbər 06 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















