Icma.az
close
up
RU
Bu hadisələr Bəşər Əsədə ağır zərbə vuracaq ŞƏRH

Bu hadisələr Bəşər Əsədə ağır zərbə vuracaq ŞƏRH

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Suriyada rejim əleyhdarları Hələbdən sonra Hama şəhərini də ələ keçirdi.

Hama Suriyada “Müsəlman qardaşlar”ın (“İhvan”) əsas mərkəzi sayılır, hələ Hafiz Əsəd dövründə burada rejimə qarşı qanlı üsyanlar olub. Əgər “Heyətü Təhrir əş-Şam” (HTŞ) Hamada möhkəmlənməyə nail olarsa, Bəşər Əsəd hökuməti 9 il sonra yenidən ekzistensial təhlükə ilə üz-üzə qalmış olacaq. Müharibənin ilk illərində (2012, 2013, 2014) silahlı qruplar dəfələrlə cəhd göstərsələr də, strateji əhəmiyyətli bu məntəqəni ələ keçirə bilməmişdilər.

Paytaxta gedən M5 şose yolunun üzərində yerləşən Hama şəhəri Şamın şimalında çox vacib müdafiə xətti rolunu oynayırdı. Buranın itirilməsi Hələb və ətraf ərazilər əldən çıxdıqdan sonra demoralizə olmuş rejim qüvvələrinin logistik imkanlarının daha da məhdudlaşması deməkdir. Pərən-pərən düşmüş və döyüş qabiliyyəti aşağı səviyyədə olan hökumət qüvvələrinin kənardan real dəstək olmadan Şamı uğurla müdafiə etmələri mümkün deyil.

Bu hadisələr son illər izolyasiyadan çıxmağa başlayan, Ərəb Dövlətləri Liqası toplantılarına qatılan Bəşər Əsədin beynəlxalq legitimliyinə yenidən ağır zərbə vuracaq. Şamı əlində saxlasa belə, Suriyanın aqibətinin müəyyənləşəcəyi bir mərhələdə onu çətin ki, ciddi tərəf-müqabil kimi qəbul etsinlər.

Hamadan sonra hadisələr təkcə Əsəd üçün deyil, Rusiya üçün də təhlükəli ssenari üzrə cərəyan edə bilər, çünki növbədə Homs (Humus) şəhəridir. Xəritəyə baxanda bu vilayətin önəmini görməmək mümkün deyil. Homs Əsədin nəzarətindən çıxarsa, bunun regional geosiyasət baxımından strateji xarakterli nəticələri olacaq. Əvvəla, bu halda dənizə çıxışını itirəcək rejimin taleyi tükdən asılı vəziyyətə düşəcək, Latakiya (Lazkiye) və Tartus kimi həyati vacib regionlarla Şamın quru bağlantısı kəsilmiş olacaq. Digər yandan, Tartusda Rusiyanın hərbi dəniz bazası, Latakiyada isə aviabazası yerləşir. HTŞ-nin Homsdan sonra Rusiya aviasiyasını qovmaq üçün Hmeymimə yönəlməsi ehtimalı var. Artıq Rusiya Tartus limanından gəmilərini çıxarıb. Bu hərbi bazalar Rusiyanın Orta Şərq, Aralıq dənizi və Şimali Afrikadakı maraqları baxımından çox önəmli dayaq məntəqələridir. Əsəd rejimi çökərsə, Suriyanın gələcəyi ilə bağlı müzakirələrdə Rusiya bu hərbi bazaları əlində saxlamaq üçün ABŞ və regional güclərlə anlaşmağa çalışacaq.

Bəs, Suriyadakı mənzərəni kökündən dəyişdirməyə nail olmuş HTŞ-nin arxasında kim dayanır? Açıq müstəvidə heç kim. Bu qruplaşma dünya, o cümlədən Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır. HTŞ vaxtilə “Əl-Kaida”nın Suriya qolu olmuş sələfi-cihadçı “Əl Nüsra Cəbhəsi”nin davamıdır. Ötən müddətdə qruplaşmanın lideri əl-Colani fəal marketinq strategiyası ilə məşğul olub, təşkilatın imicini yaxşılaşdırmağa çalışıb. HTŞ ingilis dilində yaydığı açıqlamalarda nəzarət etdiyi ərazilərdə bütün etnik-dini qrupların təhlükəsizliyini təmin edəcəyini, hər kəsin, o cümlədən xristianların, kürdlərin haqlarına və inancına hörmətlə yanaşacağını bildirir. Son vaxtlara qədər yalnız İdlib vilayəti bu qruplaşmanın nəzarətində idi. Ankara HTŞ-ni deyil, Suriya Milli Ordusu (keçmiş Azad Suriya Ordusu) qruplarını dəstəkləyir. Amma Türkiyə-Suriya sərhədindəki Cilvəgözü sərhəd-buraxılış məntəqəsi HTŞ-nin nəzarətindədir və ötən müddətdə onların İdlibdə duruş gətirə bilməsində bu amil mühüm rol oynayıb.

HTŞ-nin irəliləyişlərinin digər benefisiarları əlbəttə ki, İsrail və ABŞ-dır. İranın regiondakı əsas vəkil gücü “Hizbullah”a, eləcə də HAMAS-a divan tutan İsrail iranlıları Suriyadan tamamilə vurub çıxarmağa və beləliklə, İranın Livanla (“Hizbullah”la) faktiki quru əlaqəsini kəsməyə çalışır.

Bu gəlişmələr Suriya kürdləri (Fəratın şərqindəki) üçün də yeni fürsətlər aça bilər. HTŞ-nin YPG-ni hədəf almaması diqqəti cəlb edən məqamlardan biridir. Qarşıdakı mərhələdə Suriyanın taleyi masaya gələndə ölkənin şimalında İraq modeli üzrə kürd muxtar bölgəsinin yaradılması güclü ehtimal kimi görünür.

Şahin CƏFƏRLİ

Politoloq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Dekabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri