Hər gün eyni saatda yatmaq və yemək ağrıları azalda bilər ARAŞDIRMA
Icma.az, Lent az portalına istinadən məlumat verir.
ABŞ alimləri gündəlik həyat rejiminə əməl edən yaşlı insanların daha az fiziki ağrı və depressiya əlamətləri ilə qarşılaşdığını müəyyənləşdiriblər.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Missuri Universitetində aparılan araşdırmaya istinadən məlumat yayıb.
Tədqiqatda 67 yaşlı şəxs iştirak edib. Onlardan 37-si yuxusuzluq problemindən əziyyət çəkib. Alimlər iştirakçıların yatmaq, oyanmaq, qidalanmaq və digər gündəlik fəaliyyətlərinin nə dərəcədə müntəzəm olduğunu araşdırıblar.
Nəticələr göstərib ki, sabit gündəlik rejimə əməl edən şəxslər yuxu keyfiyyətindən asılı olmayaraq daha az ağrı və depressiya əlamətləri bildiriblər. Tədqiqatçılar bunun orqanizmin bioloji saatı ilə əlaqəli ola biləcəyini düşünürlər.
Bununla belə, araşdırma gündəlik rejimin birbaşa ağrıları və ya depressiyanı azaltdığını sübut etmir. Nəticələrin dəqiqləşdirilməsi üçün daha geniş tədqiqatlara ehtiyac var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 15 Noyabr 2026 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















