Icma.az
close
up
RU
Bu hadisənin ictimaiyyətə yayılması uşaqlara pis örnəkdir Gənc müəllimin işdən çıxarılmasına REAKSİYA

Bu hadisənin ictimaiyyətə yayılması uşaqlara pis örnəkdir Gənc müəllimin işdən çıxarılmasına REAKSİYA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Gəncə şəhər 34 saylı məktəbin 5-ci sinif şagirdini döydüyü iddia edilən ingilis dili müəllimi Cavid Rzayev gündəmdə qalmaqda davam edir. Haqqında işdən çıxarılması ilə bağlı qərar verilən müəllimə nəinki şagirdlər, eləcə də ictimaiyyətdən böyük dəstək var.  

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi müəllimə verilən cəzanın çox sərt olduğunu bildirdi:

"Müəllimə haqq qazandırmasaq da, burada nüanslar var. Yəni müəllimi həddə çatdırmaq məsələsi var. Niyə o həddə çatıb müəllim, həqiqətən də barmaqlarını sındırıbmı və sairə. Amma görünən ondan ibarətdir ki, müəllim sadəcə özünün də dediyi kimi, yaxasından tutub və bildirib ki, dərsə sən niyə gecikmisən. Təbii ki, bu qaydada xəbərdarlıq olmamalıdır. Buna görə hansısa tədbirlər alına bilərdi. Verilən cəza çox sərtdir. Bu barədə araşdırılma aparılmalı, həqiqətən şiddət göstərdiyi təsdiqini taparsa, o zaman hər hansı cəza verilməlidir. Bu cəzanın verilməsi və ictimaiyyətə elan olunması düzgün deyil".  

Ekspertin fikrincə, bu məsələ ictimaiyyətə yayılmadan həll edilməli idi.

"Müəllimə qarşı olan vəziyyəti nəzərə alsaq, heç doğru yanaşma deyil. Həmin şagird kimi bir neçə şagird də artıq vəziyyəti görüb, örnək alacaqlar ki, "biz bunu etdiyimizə görə müəllimi çıxartdılar", "biz istədiyimizi eləyək, onsuz da yenə müəllim işdən çıxarılacaq" prinsipi ilə yanaşılacaq və bu da mənə görə doğru deyil. Əgər belə hal yaşanacaqdısa, sonradan şagirdlər etiraz edəcəkdirsə, bu, ümumiyyətlə ictimaiyyətə açıqlanmamalı idi. Konkret olaraq sakitliklə həllini tapmalıydı ki, həm müəllim tərəfindən problem yaranmasın, həm də şagirdlər üçün bir növ örnək halı daşımasın", - deyə E.Əfəndi qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Fevral 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri